Xarici mətbuat, 11.05.2017

ABŞ-ın “Associated Press” (AP) Xəbər Agentliyi, İsveçrənin “Basler Zeitung” qəzeti, “Rusiyanın səsi” radiosu, Almaniyanın “Deutsche Welle” (DW) media qurumu bu gün nədən yazır?

730330
Xarici mətbuat, 11.05.2017

  ABŞ, “Associated Press” (AP) Xəbər Agentliyi: "ABŞ Suriyanın şimalında özünü riskə atır"

  Suriyanın şimalında əsgər sayını artırıb terror təşkilatı YPG-yə silah yardımı edən ABŞ aktyorların çox olduğu bir qarşıdurmanın arasında qala bilər. Türkiyə dövlət başçısı R.T.Ərdoğan aylardır ABŞ-ı YPG-yə verdiyi dəstəyi kəsib onun yerinə Rakkanı qurtarmaq üçün Türkiyəyə və suriyalı müxalifət döyüşçülərinə dəstək olmağa çağırır. Ancaq ABŞ bir tərəfdən YPG-yə yardım edir, digər tərəfdən terrorla mübarizədə qərarlı olan Türkiyə ilə birgə əməliyyatlardan çəkinir. Amerika ictimaiyyəti keçən aydan Türkiyə reaktivlərinin YPG-li terrorçuları hədəfə alan, onlarla terrorçunun zərərsizləşdirdiyi hava əməliyyatında bölgədə patrul gəzən ABŞ əsgərlərinin həyatlarının riskə atıldığından şikayət edir. Suriya kimi döyüş bölgəsində ABŞ-ın artan varlığı rəqib oyunçularla qarşı-qarşıya gəlmə riskini artırır. Amerika ictimaiyyəti bunu müzakirə edir.

İsveçrə, “Basler Zeitung” qəzeti: "Ərdoğanın Qüds həssaslığı"

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüdslə bağlı toplantıda şəhərin Qüdsün İslam baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulayıb. Ərdoğan bütün dünya müsəlmanlarından Qüdsü ziyarət edərək Fələstinin qurtuluş mübarizəsinə dəstək verməsini istəyib. Şəhərin əsrlər boyu Osmanlının himayəsində sülh, dinclik və rifah mühitində insanlığa nümunə olduğunu, bu səbəbdən də Türkiyənin Qüdslə bağlı tarixi məsuliyyət daşıdığını bildirib. Müsəlmanlar Qüdsdəki Məscidi-Əqsanı "müqəddəs məkan" və "Hərəmi-Şərif" olaraq xatırlayır. Bura Səudiyyə Ərəbistandakı Məkkə və Mədinədən sonra müsəlmanların üçüncü mühüm mərkəzidir.

“Rusiyanın səsi” radiosu: "Avropa İttifaqı ilə əlaqələri qoparmaq düzgün deyil"

  Brüsseldə səfərdə olan Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik deyib: "Bunu yaxşı anlamaq lazımdır: Türkiyə terror təhdidi altında olan bir ölkədir. Bir çevriliş cəhdi təhlükəsi yaşadıq. Bütün tənqidlərə, qarşı-qarşıya qaldığımız təhdidlərə baxmayaraq, bu gün Brüsseldəyəm və həmkarlarıma söyləyirəm: "Gəlin, 23 və 24-cü fəsilləri açaq". Siyasi qurumların vəziyyəti bloka salması Avropa İttifaqı üzvü olan bəzi ölkələr tərəfindən Aİ-nin ən məhsuldar rəsmi mexanizmlərinə maneə törətmək deməkdir. Ö.Çelik: "Türkiyə kimi böyük strateji güclə sadəcə mətbuat üzərindən danışmaz olmaz. Bu çox ciddi məsələdir. Vəziyyət müzakirə edilməli və irəliyə addım şəklində davam etməlidir”, - deyib.

Almaniya, “Deutsche Welle” (DW): "Almaniyanın qiyamçılara qucaq açması narahatlıq yaradır"

  Almaniya və Türkiyə iki NATO müttəfiqi olmaqla yanaşı bir-birilə iqtisadi cəhətdən də yaxşı əlaqələrə malikdir. Ancaq 15 İyul çevriliş cəhdindən sonra Fətullahçı terror təşkilatı adamlarını ölkəyə qəbul etməsi, təhlükəsizliyini qorumağa çalışması Almaniya-Türkiyə əlaqələrinin gərilməsinə gətirib çıxarır. 16 Aprel Referendumundan sonra bəzi Avropa ölkələri, o cümlədən Almaniyanın Türkiyəyə nmünasibətində mənfi rəftar hiss olundu. Ankaranın haqlı reaksiyası qarşısında isə Almaniya səlahiyyətliləri səssizliyə qapıldı. İndi də Almaniya qiyamçıları himayə etməzdən əvvəl Türkiyədən gələcək sərt reaksiyalara dözməlidir və gərgin münasibətlərin daha da gərginləşəcəyi ehtimalını yaxşı düşünməlidir.



Әlaqәli Xәbәrlәr