Xarici Mətbuat

Türkiyənin gündəmindəki  əsas mövzular xarici  mətbuat və veriliş orqanlarında

719010
Xarici Mətbuat

ABŞ xəbər  agentliyi Turkısh Ny, “Ən  əhəmiyyətli  addımımız gələcəyi  bərpa  etmək  olacaq”  başlıqlı  xəbərində: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisində  ötən  gün  təşkil  edilən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı xüsusi iclasını izlədi. Məclisdə jurnalistlərin suallarını cavablandıran Ərdoğan, Türkiyə  Böyük  Millət  Məclisinin  mövcud  həssaslıqla bütün  icraatlarını davam  etdirəcəyini  ifadə  edirək:  “Bütün məsələ, hissiyyatı  tərk  edərək,  elmi tətbiqlərin işığında, gələcəyə  addımlamaq, Millətin iradəsini  hörmətlə  qarşılayaraq gələcəyimizi  bərpa  etmək olacaq”  deyə  vurğulayıb.

İngiltərə  media  və  veriliş  orqanı BBC Türkçə: “Binalı Yıldırım, uyğunlaşma qanunlarının  həmrəylik  çərçivəsinə qəbulu uğrunda çalaşacaqlarını bunun  reallaşmaması  halında  yollarına  davam  edəcəklərini qeyd  edib.  

Baş nazir Binali Yıldırım, Türkiyə Böyük Millət Məclisinin açılışının 97-ci ildönümü münasibətilə təşkil edilən  mərasimdə  etdiyi  çıxışında  prezident idarə  rejimi ilə  əlaqəli zərurət  duyulacaq uyğunlaşma qanunlarının müxalifətlə  məsləhətləşərək  qəbul  edilməsini istədiklərini,  ancaq  bunun mümkün  olmaması halında  hökümətin öz  yoluna  davam  edəcəyini vurğulayıb.

Almaniya xəbər  agentliyi  Frankfurter Rundschau:  Çüt vətəndaşlıq ilə əlaqəli irəli  sürülən  bəzi iddialar,  xarici düşmənçiliyin  artmasına  gətirib  çıxarır. Buna  görə səhv arqumentlərdən  istifadə  edilməməli. Türkiyədə prezident  idarə  rejimi ilə əlaqədar  təşkil  edilən referendumun nəticəsinə  görə çüt  vətəndaşlıq  mövzusunu  gündəmə  salan  Almaniyada, Alternativ (AFD) və Xristian Demokrat Birlik (CDU) siyasətçiləri bunu gözdən  yayındırmamalıdılar. Bu iki  qrup  bir-birindən fərqlidir. Almaniyada,həm Alman həm də  Türk vətəndaşlığına sahib 500 min adam  var. Bunlardan  neçəsinin  referendumda  iştirak  etdiyini,  neçəsinin lehdə  və ya əleyhdə  səs verdiklərini  kimsə bilmir.  Çüt vətəndaşlığa  sahib 500  min seçicinin  yarısının   fəallıq  göstərdiyi  referendum  ilə  çüt  vətəndaşlıq bir-biriylə  əlaqələndirilməməlidir.

Rusiya Sputnik News: Milli müdafiə naziri  Fikri,  Rusiya  ilə S-400 raketdən  nmüdafiə sistemləri mövzusu ilə əlaqəli danışıqların davam  etdiyini  xatırladaraq, növbəti  prosesin  iki liderin müəyyən həssas  mövzularda  mütabiq  qalmaları olduğunu  qeyd  edib. Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putinin 3 Mayda bir araya  gələcəyini  ifadə  edən  nazir  Fikri Işık, həmin görüş  zamanı  mövzunun gündəmə  salınacağını,  iki  lider  arasındakı  danışıqlardan  sonra atılası addımların müəyyənləşdiriləcəyini  vurğulayıb. 



Әlaqәli Xәbәrlәr