Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəminə dair əks edən xəbərlər

707768
Xarici Mətbuat

Fransa xəbər Agentliyi AFP-nın, “ABŞ, Suriyada hava bazasına rekat zərbələri endirib” başlığı ilə çatdırdığı xəbərdə: ABŞ, cümə axşamı günü (06 Mart) Əsəd rejiminin kimyəvi hücumuna qarşılıq, Suriyada bir hava bazasına raket zərbələri endirib. Ağ Evdən bir rəsminin məlumatına görə Suriyanın kimyəvi silah hücum reallaşdırdığı hava bazasına 59 rekat zərbəsi endirilib.

Suriyanın hava bazasının hədəf götürüldüyü hücumda Raketlər Şərqi Aralıq dənizidəki USS Porter və USS Ross Amerikan döyüş gəmilərindən atılıb  vǝ  Hava bazasındakı, təyyarə, yanacaq stansiyası vurulub.

Almaniya Xəbər Agentliyi DPA: “ Araşdırmalar, Suriyada kimyəvi silah istifadə edildiyini ortaya qoydu”.

Ədliyə naziri Bəkir Bozdağ, Suriyanın İdlib şəhərindən Adanaya gətirilən 3 cəsədin yarıldığını, təxminən 3 saat davam   yarılma    ǝmǝliyyatında  Adanada olan Dünya Sağlamlıq Təşkilatı heyətinin dǝ  qatıldığını   qeyd  edib.  

Əl Cəzirə media orqanının, “BMT-dən Suriyada 72 saatlıq atəşkəs çağırışı” başlıqlı xəbərində: Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Misturanın xüsusi məsləhətçisi Jan EGELAND, ABŞ, Rusiya, Türkiyə və İrana, Suriyada qarşıdurmaların sıx olduğu bölgələrə humanitar yardım çatdırmaq üçün 72 saatlıq atəşkəs  tǝmin   edilmǝsi haqqında çağırış edib. İdlibdəki kimyəvi silah hücumuna da toxunan Egeland, hücumun arxasında kimin olduğu və hansı silahların istifadə edildiyinə dair araşdırmalar edildiyini bildirib. Suriyadakı qarşıdurmalarda silahlılardan çox daha məsum uşaqların öldüyünə diqqət çəkib.

İran Mehr Xəbər Agentliyi: “Ərdoğan: Avropa şiddətin və Nasizmin mərkəzidir”. Prezident Rəcəb Tayyib Ərdoğan, Avropanın irqçiliyin mərkəzinə çevrildiyini və dağılmaq üzrə olduğunu bildirib. Prezident Ərdoğan Balıkəsir vilayətində xalqa xitabən etdiyi çıxışında Avropanın illər uzunu qazandığı bütün dəyərləri itirdiyini ifadə edərək: Avropa dağılma prosesinə daxil olub.

Daha Avropa demokratiya, insan hüquqları və azadlıqlarının deyil, təzyiqin, şiddətin və Nasizmin mərkəzinə çevrilib. Radikal və İrqçi partiyalar Avropa liderlərini istədikləri kimi oynadırlar” deyə Ərdoğan bildirib.



Әlaqәli Xәbәrlәr