Xarici mәtbuat

Gündəm xarici media vasitələrində.

706317
Xarici mәtbuat

Qәtәr, Al Jezeera: Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqın Kərkük şəhərində ikinci bir bayrağın (IKBY) asılmasını yanlış hesab edir. Türkiyәnin  Zonguldak şəhərində ictimai  açılış mərasimində etdiyi çıxışında Rәcәb Tayyib  Ərdoğan bildirib ki: "Oradakı o bayrağın sahibləri bunu bilsinlər ki, separatçılıq edirlər. Mən İraq Regional Kürd Muxtariyyətinə səslənirəm: “Bu səhvdən təcili geri dönün". 

Türkiyə dövlət başçısı bunu da bildirib ki: “Biz buradan xəbərdarlıq edirik. Çünki “Kərkük kürdlərindir” cəfəngiyatını biz Türkiyə olaraq qəbul etmirik. Kərkük türkmənin, ərəbin, kürdün – hamısınındır. O bayraqlarınızı təcili endirin’’.

Fransa, AFP: Türkiyənin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Rusiya prezidenti  Vladimir Putinlə telefon әlaqәsi saxlayıb. Telefon danışığı zamanı Rәcәb Tayyib Әrdoğan   rusiyalı hәmkarına  Suriyada hәyata keçirilәn  kimyəvi  hücumun  insanlıq cinayәti olduğunu  vә sülh prosesini təhlükə altına aldığını söylәyib.

Rәcәb Tayyib Әrdoğan  bu cür hücumların qəbuledilməz olduğunu bildirib. Tәrәflәr  atəşkəsin davam etməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Almaniya, Berliner Morgenpost: Dünyanın ən böyük tur operatoru TUI-nin sədri Fridrix Joussen  ‘‘Berliner Morgenpost’’a müsahibə verib.

F. Joussen "Almaniyalı turistlәr  üçün  ən  keyfiyyәtli vә  ucuz  istirahət imkanını  hansı ölkә tәmin edir? sualını belә cavablandırıb: "Türkiyə  turizm sahәsindә liderdir.  Türkiyədә Aralıq dənizi sahillərindә yerlәşәn  otellər qızılı qumlu çimərliklərə malikdir, suyun şəffaflığı vә  otel әmәkdaşlarının qonaqpərvərliyi, xidmәt sәviyyәsi  diqqәtlәri cәlb edir’’



Әlaqәli Xәbәrlәr