Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəminə dair əks edən xəbərlərin icmalı

703116
Xarici Mətbuat

İngiltərə xəbər agentliyi REUTERS: “Prezident Ərdoğan, Tillersonı qəbulu zamanı Suriyada legitim aktyorlar ilə əməkdaşlıq edilməsini istəyib” başlığı ilə çatdırdığı xəbərində: “Rəcəb Tayyib Ərdoğan ötən gün (30 Mart) ABŞ dövlət departamentinin rdəhbəri Rex Tillersonı prezident administrasiyasında qəbul edib. Ərdoğan terrora qarşı mübarizədə “doğru və ləgitim” aktyorlarla ilə əməkdaşlığın əhəmiyyətini vurğuladığı görüşdə, başda terror təşkilatı DEAŞ olmaqla Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə atılası ortaq addımlar müzakirə edilib. Prezident Ərdoğan, uğursuzluqla nəticələnən 15 iyul çevriliş cəhdinin təşkilatçısı Fətullahçı terror təşkilatının quldurbaşçısı Fəthullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi və təşkilatın ABŞ-dakı fəaliyyətinin qarşısının alınması mövzusunu da gündəmə salıb.

Rusiyanın dövlət informasiya agentliyi RİA Novosti: “Türkiyə, Suriya mövzusunda ABŞ ilə əməkdaşlığın əhatə dairəsini genişlətmək istəyir”. Agentlik bildirib ki, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Ankarada səfərdə olan ABŞ dövlət katibi Rex Tillerson ilə görüşü sonrası vertiyi açıqlamada Türkiyənin rəsmi Vaşinqton ilə Suriyada terrora qarşı mübarizə mövzusunda əməkdaşlığı irəli pillələrə qaldırmaq istədiyini bildirib və reallaşan görüşün, iki ölkənin ikitərəfli əməkdaşlığa verdiyi üstünlüyün göstəricisi olduğunu qeyd edib. Çavuşoğlu, Amerikalı həmkarı ilə keçirdiyi görüşdə terrora qarşı mübarizə, Suriya və İraqda qarşılaşılan terror təhdidi başda olmaqla bir çox mövzunun müzakirə edildiyini, bu sahədə əməkdaşlığa fəallıq qazandırmanın lazım gəldiyini, ABŞ-ın yeni rəhbərliyi ilə daha güçlü əməkdaşlıq etmək istədiklərini səsləndirdiyini bildirib.

Almaniyanın DPA agentliyi:“Kansler Angela Merkel, hümanitar məsuliyyətimiz var deyərək, Aİ-na həmrəy olunması haqqında çağırış edib”.

Kansler Angela Merkel, İngilislərin rəsmi Brexit(Avropa İttifaqından ayrılma) qərarından sonra Avropa ölkələrindən həmrəy olmalarını, daha çox məsuliyyət öhdələnmələrini istəyib. Merkel, 30 Martda Avropa Xalq Partiyası (EVP) ilə Maltada görüşü zamanı verdiyi açıqlamada: “Biz xarici sərhədlərimiz və qonşularımızla kifayət qədər maraqlanmadıq. Avropanın hümanitar məsuliyyəti var. Bu məsuliyyət, Türkiyə, İordaniya və Livan kimi ölkələrin üzərinə atılmamalı. Türkiyə, üç milyon qaçqına ev sahibliyi edir. Avropanın bu mövzuda Türkiyəyə dəstəyi davam etməlidir” deyə vurğulayıb.

Kıbrıs Rum İcmasının Havarvgi Qəzetində “Kıbrıs Rum tərəfi problemin həlli yolunda lazımlı addımları atmaqda imtina edir”, başlığı ilə əks edən xəbərdə: Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Kıbrıs Rum icmasının seçki ərəfəsində problemin həllinə dair tutduğu istiqamətdən ayrıldığını, ancaq Türkiyənin təhlükəsizlik və zəmanətlər mövzusunda güzəştə getmiyəcəyini qeyd edib. Çavuşoğlu, Türk dövlət telekanalına verdiyi müsahibəsində Enosisin ildönümünün qeyd olunmasına dair qərarın isə irqçi partiya məhsulu olduğunu, bunun isə Məclisi girov aldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr