Xarici mǝtbuat

Gündəm xarici media vasitələrində:

702317
Xarici mǝtbuat

Qətər, “Aljazeera Türk”: "Milli Təhlükəsizlik Şurasının bəyannaməsində: terrorçu qruplara dəstək dostluq əlaqələrin ziyan vurar"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərliyində keçirilən  Milli Təhlükəsizlik Şurasının (MTŞ) yığıncağı başa çatdı. Yayılan məlumata görə, yığıncaqda terrorla mübarizə və bəzi Avropa ölkələrilə yaşanan gərginlik müzakirə edildi. MTŞ bəyannaməsində "Türkiyənin terrorçu elan etdiyi qruplara müttəfiklərimizin pul, silah, hərbi vəsait dəstəyi verməsinin dostluq əlaqələrimizə ziyan vuracağı xüsusilə vurğulanmışdır" deyə bildirilib.

Almaniya, “Deutsche Welle”: "B.Yıldırım: “Fərat qalxanı əməliyyatı son çatdı”

 Baş nazir Binəli Yıldırım Milli Təhlükəsizlik Şurasının iclasından sonra verdiyi bəyanatda Suriyanın şimalının terror ünsürlərindən təmizlənilməsi üçün 24 avqustda başladılan “Fərat qalxanı əməliyyatının başa çatdığını söyləyib.

Xüsusi televiziya kanallarının ortaq yayımında çıxış edən Yıldırım bildirib ki, bundan sonra DEAŞ- qarşı Türkiyənin təhlükəsizliyini təhdid edən bir vəziyyət olacağı təqdirdə  bunun cavabı yeni bir əməliyyat olacaqdır. Baş nazir bu əməliyyatın adının isə fərqli olacağını qeyd edib.

Fransa, “AFP”: "Kərkükdə kürd bayrağı...Rəsmi Ankara birtərəfli tənzimləmələri” pisləyir

Türkiyə hökuməti martın 29-da İraqın şimalında müxtəlif etnik qrupların yaşadığı bölgə olan Kərkükün Vilayət Şurasının hökumət binalarına İraq Kürd Regional Rəhbərliyi (IKBY) bayrağı asılmasının təsdiqlənməsi mövzusundakı "birtərəfli" qərarını qınadı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına verdiyi müsahibədə bildirdi ki, "Vilayət rəhbərliyinin təsdiqinin düzgün addım olmadığını düşünürük. Hər şeydən əvvəl bölgənin etnik qurğusunu dəyişmək düzgün olmaz. Atılan addım düzgün nəticələr də doğurmaz.

Rusiya, “RİA Novosti”: ""Qazprom" istanbulda şöbə açdı"

Qazpromun sədri Aleksey Miller “Türk axını” təbii qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün İstanbulda South Stream Transport B.V. şirkətinin bir şöbə xidmətə verdiyini söyləyib. "Beləcə dəniz hissəsinin inşası üçün bütün şərtlər təmin edildi."deyən Miller boru kəmərinin dənizdən keçəcək hissəsinin inşasına bu ilin ikinci yarısında başlanacağını ayrıca kəmərin inşasının 2019-cu ildə tamamlanmasının planlaşdırıldığını ifadə edib.



Әlaqәli Xәbәrlәr