Xarici metbuat

Gündəm xarici media vasitələrində

692701
Xarici metbuat

ABŞ, “AP”: “Ərdoğan Avropanın İslam qorxusu içində olduğunu söylədi”

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 1995-ci ildə Srebrenitzada bosniyalıların qətl edilməsində Hollandiyanın məsul olduğunu bir daha dilə gətirərək, “Bunların mədəni olmaqla, müasir dünya ilə əlaqəsi yoxdur. Bunlar Srebrenitzada 8 mindən artıq Müsəlmanı qətlə yətirdilər.”deyə bildirdi. Ərdoğan verdiyi açıqlamada həmçinin Avropa İttifaqının İslam və miqrant qorxularının içində “boğulduğunu” söyləyib.

Azərbaycan, “Trənd” xəbər agentliyi: Türkiyə Hollandiyadakı diplomatik qalmaqalı BMT-nin gündəminə gətirdi”

Türkiyə ailə və sosial siyasət naziri Fatma Bətül Sayan Kaya və onu müşayiət edən diplomatik heyətə Hollandiyada qansuz davranışın Vyana müqaviləsinə zidd olduğunu bildirərək, mövzunu nota ilə BMT-nin gündəminə gətirdi. Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu tərəfindən BMT-nin baş katibi Antonio Quterreşə təqdim edilən notada Diplomatik Əlaqələr Haqqındakı Vyana müqaviləsi ilə Konsulluq Əlaqələri Haqqındakı Vyana müqaviləsinin “zəmanətçisinin” BMT baş katibi olduğu xatırladıldı.

Notada BMT baş katibindən həmin pozuntulara BMT ümumi iclasına təqdim edəcəyi mövzuya dair hesabatında yer vərməsi və bu pozuntuları əhatə edən yazılı bəyanatı bütün ölkələrə mümkün olan ən yaxın zamanda təqdim etməsi istənib.

Almaniya, “DPA”: “İstanbul Rotterdam ilə qardaşlaşmış şəhər sazişini ləğv etdi”

İstanbul Böyük Şəhər Bələdiyyəsinin Məclisi Türk nazirlərin Hollandiyada çıxış etməsi ilə əlaqəli münaqişə nəticəsində Rotterdam bələdiyyəsi ilə imzaladığı qardaşlaşmış şəhər protokolunu ləğv etdi. “Doğan” xəbər agentliyi bu tədbirin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə görüldüyünü yazıb. Xəbərə  görə, bunu Türkiyə Rəcəb Tayyib Ərdoğan Ayfonhisarda keçirilən tədbirdə bildirib.

“Rotterdamla İstanbul qardaşlaşmış şəhərdi. Bu barədə ötən gün baş nazirimizlə danışmışıq. Şəhər bələdiyyəsinə bununla bağlı razılığın birtərəfli qaydada ləğv edilməsinə dair təlimat verdik”, - o vurğulayıb.

Rusiya, “TASS”: Putin və Ərdoğan Türkiyəyə "S-400"ün tədarükünü müzakirə edib

 Rusiya və Türkiyə dövlət başçıları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan martın 10-da Kremldə keçirilən görüş zamanı rus silahlarının tədarükü mövzusuna da toxunublar.

"İzvestiya" nəşrinə əsasən, burada söhbət "S-400" havadan müdafiə sistemlərinin tədarükü barədə müqavilədən gedir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu  təsdiqləyərək bildirib ki,  tərəflər maraqlıdırlar və danışıqları davam etdirəcəklər

Hazırda Türkiyə tərəfi öz imkanlarını qiymətləndirir, Rusiya bu məsələdə ona yardım etməyə hazırdır.

Rusiyanın müdafiə naziri Sergey Şoygu da S-400 sistemlərinin Türkiyəyə tədarükü mövzusunun müzakirələr zamanı gündəmə gəldiyini bildirib.



Әlaqәli Xәbәrlәr