Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

691074
Xarici mәtbuat

Fransa, Euronews:  Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Hollandiyaya diplomatiya çәrçivәsindә lazımi cavabın verilәcәyini deyib. Rәcәb Tayyib Әrdoğan  mәsәlә ilә bağlı Avropa İnsa Haqları Mәhkәmәsinә dә müraciәt edәcәklәrini bildirib.

‘‘Bütün nazirlәrimiz  lazımi müraciәtlәri edәcәklәr. Mәn  verilәcәk qәrarı, nәticәni dә indidәn bilirәm amma biz lazım olanı edәcәyik’’ deyә Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan bildirib.

Almaniya, Deutsche Welle:  Baş nazirin müavini Numan Kurtulmuş Türkiyənin  Hollandiyaya lazımi cavabı verəcək tədbirləri ortaya qoyacağını deyib.

Numan Kurtulmuş  siyasi çərçivədə görülәcәk  tәdbirlәri sıralayaraq bildirib ki: " Məzuniyyətdə olan Niderland səfirinin  Türkiyәyә  geri dönməməsinin  qadağan edilmәsi,  keçən il  diplomatik  xarakterli  uçuşlara verilmiş icazələr ləğv edilib, Türkiyə- Niderland parlamentləri arasında dostluq qrupunun Türkiyə hissəsinin lәğv edilməsi istiqamətində TBMM-ə tövsiyə qərarı verilib".

Azәrbaycan, Trend:  Yunanistanın  Avropa Məsələlərindәn mәsul xarici işlәr nazirliyinin sәlahiyyәtli nümayәndәsi  Yorgos Katrougalos  Türkiyәnin  Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın  Hollandiyada mәruz qaldıqları rәftar ilә bağlı bildirib ki:" Türkiyə nümayəndələri  seçkilər dövründən  əvvəl Trakiyaya səfərlər etmişlər.  Onların bu ünsiyyətinə maneə törətmək üçün hər hansı bir səbəb yoxdur".

Katrougalos əlavə olaraq bildirib ki, Avropada əlaqələrimizdə problemlərə səbəb ola biləcək gərginliklərin aradan qaldırılması lazımdır.

Qәtәr, Al-Jazeera:  Trans-Anadolu qaz boru kəməri, yəni Azərbaycan qazını Avropa bazarlarına çatdırmağı nәzәrdә tutan  qaz boru kəməri layihəsinin 65 faizi tamamlanıb.  Bu barәdә  TANAP-ın baş direktoru Saltuk Düzyol mәlumat verib.

Saltuk Düzyol TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirib.

Saltuk Düzyol : ‘‘TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək.  Deyә bildirib.



Әlaqәli Xәbәrlәr