Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

687430
Xarici mәtbuat

Avstriya, Wiener Zeitung: Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türk siyasətçilərin seçki kampaniyası ilә bağlı toplantılarını lәğv edәn  Almaniyanın ‘‘Nasist’’ metodları tətbiq etdiyini söyləyib.

Ankara Almaniyada qeydiyyatda olan Türkiyә vәtәndaşlarına  konstitusiya dәyişiklikliyi ilә bağlı  mәlumat vermәk  istәyir. Almaniya isə müxtəlif bəhanələr uyduraraq buna imkan vermir. Mütəxəssislər Almaniyanın bu mövqeyinin Avropaya zərər verəcəyini düşünür. Çünki Türkiyə ilə aparılan gərgin dialoq Türkiyә ilә Avropa İttifaqı arasında әldә olunan miqrasiya müqavilәsini   təhlükəyə ata bilər. İkinci  qaçqın böhranını qarşısını almaq yalnız Almaniya üçün әhәmiyyәtli deyil, bütün Avropanı maraqlandırır.

Rusiya, Sputnik:  Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akarın dәvәti ilә ABŞ-ın Baş Qәrargah rәisi , general Cozef Dunford və Rusiya Baş Qərargah rəisi, general Valeriy Gerasimovun iştirakı ilə Antalyada keçirilən üçlütәrәfli  görüşdə  Türk tərəfi terror tәşkilatı PKK-nın davamı PYD/YPG-yә verilәn dәstәyә görә narahatlığını bildirib.

Görüşdә Hulusi Akar  Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. Menbiçin hәqiqi sahiblәrinә geri qaytarılmasının әhәmiyyәtinә toxunan Hulusi Akar  Menbiçdә  hər kəsin  bayraq dalğalandırmasının  doğru yanaşma olmadığını vurğulayıb.

İran, İRNA: Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  bu hәftә Rusiyaya edəcəyi səfəri çәrçivәsindә  müzakirә olunacaq  mәsәlәlәrdәn biri  dә  S-400 hava  müdafiə sisteminin Ankaraya satılması proqramı olacaq. Rusiya bu məsələyə müsbәt yanaşır. Rәcәb Tayyib Ərdoğanın baş mәslәhәtçisi  İlknur Çevik də Türkiyə ilә Rusiya prezidentlәri  arasında keçirilәcәk görüşdә ticarәt sahәsindә әmәkdaşlıq, turizm, nüvә enerji stansiyasının inşası, S-400 hava  müdafiə sistemi kimi mәsәlәlәrin  müzakirә olunacağını bildirib.


Etiketlәr: #İRNA , #İran , #Rusiya , # Sputnik

Әlaqәli Xәbәrlәr