Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında   Türkiyənin gündəmindəki əsas mövzular  ilə  əlaqəli  əks  edən  xəbərlərin  icmalı

685429
Xarici Mətbuat

Çin, zhongguo Xinwen qəzetində “ Almaniya kansleri Angela Merkəl, ölkəsində söz azadlığına dair pozuntulara biganə qalıb”, başlığı ilə əks edən məqalədə gedib: Türk nazirlərinin 16 Apreldə Türkiyədə konstitusiyaya dəyişiklik edilməsinə dair referandum haqqında Almaniyada mitinq təşkil etmələrinə icazə verilməməsi, iki ölkə arasında gərginliyə səbəb olub. Həmin hadisədən sonra Almaniya və Türkiyənin xarici işlər nazirlərinin bir araya gəlməsi gözlənir. Türkiyə, Almaniya kansleri naziri Angela Merkelin, ölkəsində ifadə azadlığına zərbə endirən qərar qarşısında biganə qalmasına kəskin reaksiya verib və Almaniyalı rəsmiləri, ifadə azadlığını heçə sayan faşist qərardan reaksiya göstərmələrini istəyib. Ədliyyə naziri Bəkir Bozdağ, mövzu ilə əlaqəli açıqlamasında: “Merkəl, Almanların ifadə azadlığına hörmətlə yanaşdığını irəli sürür. Almaniya xarici işlər naziri isə qərarı ləğv etmə səlahiyyətlərinin olmadığını deyir. Baxmayaraq ikisi də konkret olaraq qərarı pisləmir”  deyə  vurğulayıb.

İngiltərə, Reuters xəbər agentliyinin "Almaniya terrorçuların sığınacaqları ölkədir” başlıqlı xəbərində: Türk rəsmilərə görə, Almaniya ifadə azadlığını məhdudlaşdıraraq köhnə faşizm dövrünə qayıtmağa başlayarkən, bir tərəfdən də terroristlərə qucaq acır. Onların ölkədə sərbəst yaşaya bilmələri üçün hər cür imkan yaradır. Ədliyə naziri Bəkir Bozdağın sözlərinə görə Almaniya, Türkiyəyə qarşı cinayət törədən, PKK, Fətullahçi Terror Təşkilatı fəto, DHKP-C mənsubu terroristlərin sığınacağı mövqeyinə çevrilib. Almaniya 15 İyulda çevriləşə cəhd edənlərə, Türkiyəyə qarşı cinayət törədən hər kəsə qucaq acır. Baxmayaraq Türkiyə bütün vədlərə sadiq qalmaqda davam edir və Avropaya istiqamətli böyük qaçqın axınının qarşısını almaq üçün əlindən gələn səyi edir.

Voice of America: “Suriyalı pilotun müalicəsi davam edir”. 4 martda Hatay vilayətinə düşən Suriya rejiminə aid MİQ 23 döyüş təyyarəsinin pilotu tapıldıqdan sonra  müalicə   məqsədiylə   xəstəxanada  yerləşdirilib. Bunu Baş nazir müavini Nurettin Canikli bildirib.  Canikilinin  sözlərinə görə Pilot, Suriyanın Lazkiye şəhərindən İdlibi bombalamaq üzrə hərəkət etdiyini etiraf edib.

Rusiya, Radio və xəbər agentliyi Sputnik: “Türkiyə, Rusiyaya tərəvəz ixracatını artırmaq istəyir”. Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rusiyaya pomidor ixracatının önündəki maneələri kaldıracaklarını deyib. 10 Martda Yüksək Strateji Əməkdaşlıq Yığıncağına qatılmaq üzrə prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Moskvaya gedəcəklərini ifadə edən Çavuşoğlu, yığıncaqdan əhəmiyyətli nəticə hasil olmasını gözlidiklərini qeyd edib. Rusiyaya başda pomidor olmaqla tərəvəz ixracatını   artırmağın  lazım gəldiyini ifadə edən Çavuşoğlu, bu məqsədlə infrastruktur işlərin sürətlə ediləcəyini, həmin çirçivədə Antaliyanın Finike qəsəbəsində böyük bir tərəvəz bazarının yaradılacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr