Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

682387
Xarici mәtbuat

Rusiya, Sputnik:  Baş nazirin müavini Nurәddin Canikli Beynәlxalq kredit reytinq agentliyi Fitchin Türkiyәnin reytinq sәviyyәsini endirdirmәsindәn sonra Türk lirәsisin 8 % dәyәr qazandığını  bildirib.

Türk Bankçılıq sektorunu da  dəyərləndirən Canikli  Avropa İttifaqı  Komissiyasının  Türk bankçılıq sektorunun tənzimləyici və nəzarətçi tərkibinin Aİ ilə uyğun olduğunu bildirdiyini xatırladıb. Canikli Türk bank sisteminin 2008-ci il böhranından  bu günə qədər gerilәmәdiyini, әksinә, inkişaf etdiyini qeyd edib.

Brüssel, Aİ xəbər: Hüseyin Özgürtürk : ‘‘Bu düşüncә ilә   müzakirәlәrin davamının heç bir  faydası olmayacaq’’

ŞKTR baş naziri Hüseyin Özgürtürk  yunanların Enosis referendumunun qeyd olunmasında  qәrarlı olduqlarını  vә bu düşüncә ilә   müzakirәlәrin davamının heç bir  faydası olmayacağını  bildirәrәk: ‘‘ Hazırda xәyalları puç olanlar var. Xәyal quranların xәyalları puç olar. Bizim kimi hәqiqәtlәri görәnlәrin xәyalları puç olmaz. Hәqiqәti hәr zaman deyirdik’’ deyib. Bu halda danışıqların mәntiqli bir zәmindә  davam etmәsinin mümkün olmadığını qeyd edәn Özgürtürk Türk icmasının adanın Türk tәrәfinin yunanıstana birlәşdirilmәsinә   qarşı olduğunu  vә azlıq tәşkil etmәmәk üçün mübarizә apardığını qeyd edib.

ABŞ, Türkishny: "Prof. Dr. Mehmet  Toner ABŞ Milli Mühəndislik Akademiyasına üzv olaraq seçilib’’

Nanotexnologiya, Toxuma  Mühәndisliyi vә Bioqoruma sahәsindәki fәaliyyәtlәrini ABŞ-da davam etdirәn  Prof. Dr. Mehmet Toner ABŞ-ın ən nüfuzlu  qurumlarından  hesab edilәn  Milli Mühәndislik  Akademiyasına üzv olaraq seçilib.

Elmi fәaliyyәtlәri ilә cığır açan Mehmet Toner hәmçinin  ABŞ Milli İxracaçılar  Akademiyasına da üzv  seçilib.

Qәtәr,  ''Aljazeera'': "Rusiyadan Türkiyәyә gәlәn turist sayı artıb’’

2017-ci il yanvar ayında Rusiyadan Türkiyәyә gәlәn turist sayı ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 81, 5 % artıb.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, 2017-ci ilin yanvar ayında Rusiyadan Türkiyәyә gәlәn turist sayı  40 min 124 nəfərə  çatıb.



Әlaqәli Xәbәrlәr