Xarici mətbuat, 16.02.2017

Layihə yenidən gündəmə gəlib.

673771
Xarici mətbuat, 16.02.2017

Almaniya, DPA Mətbuat Agentliyi: "Türkiyə 3,5 milyondan çox qaçqına ev sahibliyi edir"

  Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ölkənin bu günə qədər 3 milyon 551 min 78 qaçqını qəbul etdiyini söyləyib. Soylu bu rəqəmin bütün Avropa İttifaqı dövlətlərinin qəbul etdiyi ümumi qaçqın sayından üç dəfə çox olduğunu vurğulayıb və qeyd edib ki, “Qaçqınların 2,9 milyonu Suriyadan və bir qismi İraqdan gəlib. Artıq Türkiyə 145 ölkədən gələn 52 min 75 xarici radikal adama görə ölkəyə girişə qadağa qoyub, 99 ölkədən olan 4369 nəfər isə deportasiya edilib.”

İngiltərə, “The Times” qəzeti: "Türkiyənin kosmos sektoru starta başlayır"

  Ankaranın Kahramankazan qəsəbəsi ölkənin kosmos sektorunun mərkəzi olmağa hazırlaşır.

  Türkiyənin ilk peyk stansiyası Kahramankazanda 2011-ci ildə qurulmuşdu. Aprel ayında açıqlanan planlara görə, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul Çevriliş Cəhdindən sonra stansiyanın fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı. Artıq layihə yenidən gündəmə gəlib.

  Ölkənin Baş nazir müavini Numan Kurtulmuş deyib: "Türkiyə Kosmos Dairəsi qurma cəhdlərini sürətləndirəcək və ABŞ, Fransa, Yaponiya və Almaniya kosmosuna rəqib olacaq."

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da bildirib ki, “Türkiyə 2023-cü ildən başlayaraq hərbi və kosmik işlərdə təchizatla bağlı öz-özünü təmin etməyə hazırlaşır”.

Fransa, AFP mətbuat agentliyi: "Türkiyə futbolda EURO 2024-ə namizəddir".

  Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri Yıldırım Demirören Türkiyənin 2024 Avropa Futbol təşkilatına namizəd olacağını açıqladı. Bunun üçün dövlətin lazım olan infrastruktura malik olduğunu söyləyən Türkiyə İdman naziri Akif Çağatay Kılıç: "Yollar, körpülər və hava limanlarında heç bir problemimiz yoxdur", - deyib.

  Türkiyə "Hədəf 2023" çərçivəsində müasirləşdirmə yönündə nəhəng işlərə başlayıb.

  UEFA-nın Türkiyənin Avropa çempionatına ev sahibliyietmə tələbinə isə 2018-ci ildə cavab veriləcək.



Әlaqәli Xәbәrlәr