Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli Xarici mətbuat və veriliş orqanlarında əks edən xəbərlirin icmalı

671124
Xarici Mətbuat

İngiltərənin Reuters xəbər agentliyinin “Suriyadakı Türk hərəkatı davam edir. Növbəti hədəf Münbiç və Rəqqa” başlıqlı xəbərində: Suriyada əl Babın mərkəz ərazilərinə irəliləyən Türk əsgərlərinin nəhai məqsədi əl Bab qəsəbəsini DEAŞ-dan təmizləmək yox, Münbiç və Rəqqadakı terroristlərin də kökünü kəsməkdir. Türkiyə, 5 min kvadrat kilometrlik bir sahəni terrordan təmizləməyi məqsəd götürüb. Prezidentin sözçüsü İbrahim Kalın ötən həftə verdiyi açıqlamada, Türkiyənin DEAŞ mənsubu quldurları Rəqqadan qovmaq üçün ətraflı plan ortaya qoyduğunu, bunula əlaqəli Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump rəhbərliyilə strateji danışıqların davam etdiyini bildirmişdi. Türkiyə, Rəqqanı terroristlərdən təmizləmək üçün əməliyyat həyata keçirmək istədiyini daha əvvəl də dəfələrlə səsləndirdi. Ancaq bu mübarizəyə rəmsi Vaşinqtonun dəstək verdiyi PKK-nın Suriyadakı qruplaşması YPG-nin daxil edilməsini istəmir.

İran veriliş orqanı IRIB "Türkiyəyə reallaşdırılan ziyarətlər nə məna verir?" başlıqlı xəbərində bildirib: Türkiyə, terror təşkilatı DEAŞ-a qarşı güçlü mübarizə edərək diqqətləri cəlb edir. Ankara, Suriyanı terrordan təmizləyib etibarlı bölgə yaradmaq cəhdində. Donald Trumpın vəzifəyə başlamasıyla xüsusilə ABŞ və İngiltərədən siyasətçilərin və təhlükəsizlik rəsmilərinin Türkiyə səfərində artım müşahidə olunur. Böyük britaniya Baş naziri Mayın Ankaraya səfərindən sonra CIA Başçısı Türkiyəni ziyarət etdi. Həftənin 5-ci günü isə İngiltərə Baş qərargah rəisi ilə BMT Baş katibi də Ankarada səfərdə oldu. Elə başa düşülür ki, Suriyada etibarlı zona yaradılması və DEAŞ-a qarşı mübarizədə Türkiyənin iştirakı və rolu böyük əhəmiyyət kəsb edir. Son vaxtlarda qərbin balanssız rəftarı Türkiyə ilə Rusiyanın yaxınlaşmasına səbəb olmuşdu. İndi isə bu səhvindən xilas olmağın yollarını axtarır.

Almaniya, Frankfurter Allgemeine Zeitung qəzeti yazıb: "Almaniyada 15 iyul çevriliş cəhdini mövzu alan teatr ilə əlaqəli qadağan qərarı qəbul edilib”.

Almaniyanın Hessen əyaləti Hanau şəhərinin yaxınındakı Erlensee Bələdiyyəsi, Fətullahçi Terror Təşkilatının (fəto) uğursuzluqla nəticələnən 15 İyul çevriliş cəhdində Türk xalqının rolu təsvir edilən teatrın tamaşaya qoyulmasına icazə vermədi. 17 Fevralda Erlenseedəki Erlenhalle salonunda tamayaşa qoyulması nəzərdə tutulan “Son Kalə Türkiyə” adılı nümayişin tamaşaya qoyulmasını planlaşdıran Veysəl Danacı, polis, media və digər səlahiyyətlilərin təzyiqləri nəticəsində tədbirin ləğv edildiyini bildirib. Danacının sözlərinə görə Erlensee bələdiyyəsi, teatrın tamaşaya qoyulmasına icazə verilməməsinə kirayə müqaviləsini səbəb göstərib.

Voice of America: Kıbrıs probleminin həlli üçün Mart ayında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqlar əvvəli diplomatik təmaslar artıb. Danışıqlarda, təhlükəsizlik və zəmanətlərin Türkiyə üçün imtina edilməz şərtlər olduğu ön plana çıxır. Təhlükəsizlik və zəmanətlər mövzusundakı əsas və ən həssas nöqtə isə Kıbrıs Türk xalqının gələcəyinin təminat altına alınması və gözlənilməz bir hadisənin yaşanmamasıdır. Adada yaradılması planlaşdırılan yeni rəhbərlik rejiminin ədalətli, bərabər hüquqlu, hər iki tərəfin təmsil ediləcəyi bir quruluş olması, olmazsa olmaz şərtlərn başında gedir.



Әlaqәli Xәbәrlәr