Xarici Mətbuat

Xərici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli əks edən xəbərlər.

669682
Xarici Mətbuat

İngiltərə The Independent qəzetində “Türkiyə ilə ABŞ, Suriyada DEAŞ-a qarşı əməkdaşlıq edəcək" başlığı ilə əks edən məqalədə gedib: ABŞ prezidenti Donald Trump ilə prezident Rəcəb Tayyib Ərdoğan, Suriyanın əl Bab və Rəqqa qəsəbələrini terror təşkilatı DEAŞ-dan azad etmək üçün əməkdaşlıq mövzusunda razılaşıb. İki lider arasında baş tutan telefon danışığında, terrora qarşı mübarizə və qaçqınlar üçün etibarlı bölgə yaradılması başda olmaqla, Suriya böhranına dair mövzular müzakirə edilib. Trump vurğulayıb ki, ABŞ, Türkiyəni “strateji ortaq və NATO müttəfiqi” olaraq görür. Ərdoğan da Trumpdan, ABŞ-ın Suriyanın şimalında terror təşkilatı PYD-yə dəstəyə son qoymasını istəlib.

ABŞ Associated Press xəbər agentliyinin “Birləşmiş Millətlər Təşkilatı (BMT)-nin Baş katibi Antonio Guterres Yaxın Şərq ölkələrinə səfərə çıxıb” başlıqlı xəbərində: BMT baş katibi Antonio Guterresin, 1 Yanvarda vəzifəyə başladıqdan sonra reallaşdıracağı ilk səfər Türkiyə olacaq. Guterres, Ankaraya səfəri çərçivəsində Baş nazir Binali Yıldırım ilə görüşəcək, sonra Səudiyyə Ərəbistanının paytaxtı Riyada keçərək Kral, vəliəhd Şahzadə və digər yüksək səviyyəli rəsmilərlə bir araya gələcək. Guterres bu ölkədəki təmaslarını yekunlaşdırdıqdan sonra Dubaya yola düşəcək. Burada baş tutacaq 2017 Dünya İdarə zirvəsində çıxış edəcək və Birləşmiş Ərəb Əmirlikləri liderləriylə görüşəcək. Daha sonra Oman, Qətər və Misirdə səfərdə olacaq. Bu ölkələri ziyarət etdikdən sonra, G-20 Nazirlər Toplantısına qatılmaq üçün Bonna və buradan da növbəti təhlükəsizlik Konfransına iştirak etmək üçün Münhenə gedəcək.

İranın IRIB Radio və internet saytı: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, şimal və qərbdəki qonşuları arasında balanslı xarici siyasət izlədiklərini bildirib. Ankara və Moskvanın yaxınlaşma siyasətini yüksək qiymitləndirən Çavuşoğlu, "Türkiyənin belə bir addımdan əsas  məqsədi, Avropa İttifaqının qeyri-sabit və balanssız rəftarıyla  üzləşməsinə zəmin yaratmaq və xarici siyasətdə balans təmin etməkdir" deyib. Avropa İttifaqını üzvlük müzakirələrinin irəliləməsinə maneə törətdiyi üçün sərt dillə tənqid edən Çavuşoğlu, Aİ-dan səmimi və dürüst olmasını, Türkiyənin tam hüquqlu üzvlüyü ilə əlaqəli fikirlərini konkret olaraq ortaya qoymasını istəyib.  Sözlərinə əməl etməməsi halında Türkiyə də Suriyalı qaçqınların Avropaya axın etmələrinin qarşısının alınmasına dair razılaşmanın tətbiqini təxirə salacaq deyib.

Almaniya, DPA Mətbuat Agentliyi, "Kıbrıs probleminin həlli ilə əlaqədar danışıqlar davam etdi” başlığı ilə çatdırdığı xəbərdə: Kıbrıs probleminin həllinə dair danışıqlar, Şimali Kıbrıs Türk Respublikası prezidenti Mustafa Akıncı ilə Rum İcmasının lideri Nikos Anastasiadis arasında davam etdi. Tərəflər arasında Lefkoşədə baş tutan görüşdən sonra verilən açıqlamada problemin həllinə dair görüləsi xeyli iş olduğu vurğulandı. 13 Martda İsveçrədə keçirilməsi planlaşdırılan iclasda bütün ixtilaflı məsələlərin müzakirə ediləcəyi bildirildi. Qeyd edək ki, Yanvar ayında BMT-nin himayəsində İsveçrədə keçirilən və Aİ ilə zəmanətçi ölkələr Türkiyə, İngiltərə və Yunanıstanın qatıldıqları yığıncaqda konkret nəticə əldə edilə bilməmişdi.



Әlaqәli Xәbәrlәr