Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzulara dair əks edən xəbərlərin icmalı.

664668
Xarici Mətbuat

Almaniyanın DPA Mətbuat Agentliyi ‘Ərdoğan, xaricdə yaşayan Türkiyə vətəndaşlarına çağırış edib ki, istirahətlərini Türkiyədə keçirsinlər’ başlığı ilə çatdırdığı xəbərdə: Prezident Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan Türk vətəndaşlarına Türkiyəyə səyahətlərini artırmaları haqqında çağırış edib. Preziden Ərdoğan Ankarada turizm sektörünün nümayəndələrini qəbulu zamanı etdiyi çıxışında bildirib ki, Xaricdə yaşayan Türkiyə vətəndaşlarımız yaşadıqları ölkə vətəndaşlarını da istirahətlərini Türkiyədə keçirmələri üçün razı  etlməlidilər. Bu vətəndaşlarımız, eyni vaxtda yaşadıqları ölkələrdə Türkiyə turizminin fəxri nümayədələri hesab edilirlər. Bu səbəblə də ‘qonşunu al gəl’ kampaniyası başlatdıq.

İspaniya, Europa Press internet saytı: "Baş nazir Binali Yıldırım eyni kresloda iki kapitan əyləşə bilməz deyərək Konstitusiyaya edilən dəyişiklikdən müdafiə edib. O vurğulayıb ki, Bir tərəfdə güclü bir parlament sistem var, digər tərəfdə isə birbaşa xalq tərəfindən seçilən prezident. Bu doğru deyil. Eyni kresloda iki yox bir kapitan olmalı. Prezidentin xalqın səsləri ilə seçilməsinə imkan verilməlidir. 2007-ci ildə edildə referendum nəticəsində Konstitusiyaya dəyişiklik edilməsi mövzusu qəbul edildi. Hökumət də hazırda bu çərçivədə addım atır. Millətin iradəsinə hörmət edilmli. Konstitusiyaya dəyişiklik təklifi Məclisdə müzakirə edilərək qəbul edilib. İndi bunu qəbul etməmək xalqın iradəsini rədd etmək mənasını verər.

İran xəbər agentliyi İRNA: "Konstitusiyaya dəyişiklik təklifi, təsdiq üçün Prezidentə təqdim edilib”.

Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən və prezident rejimininə keçməyi nəzərdə tutan Konstitusiyaya dəyişiklik təklifi təsdiq üçün Prezident Rəcəb Tayyıb Ərdoğana göndərilib. Qanuna görə Ərdoğan təklifi 15 gün ərzində təsdiq etməli. Təklif təsdiq edilib və dövlət qəzetində dərc olduqdan sonra 60 gün ərzində Referenduma çıxarılacaq. Referandumun 9 və ya 16 Apreldə reallaşacağı ehtimal olunur. Konstitusiyaya dəyişikliyə görə 100 min imza toplayan vətəndaşlar prezident seçkilərində namizəd ola biləcəklər. Həmçinin parlamentə seçkilərdə namizəd olma yaşı da 18-ə endirilir.

Əl Cəzirə media quruluşunun “Türkiyə, Fələstin mövzusunda İsraili qınadı” başlıqlı xəbərində: Türkiyə, işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni tikintilərə yenilərini əlavə etməsi və daha 3 min yaşayış məskəninin tikilməsini nəzərdə tutan qərarına görə İsraili qınayıb. Xarici İşlər Nazirliyininin açıqlamasında vurğulanıb ki, beynəlxalq cəmiyyətin ardıcıl xəbərdarlıqlarına baxmayaraq, İsrailin daimi sülh zəminini və iki dövlətli həll imkanını təhdid və təxrib edən və qanunlara zidd olan addımlardan imtina etməməsi təşviş yaradır.



Әlaqәli Xәbәrlәr