Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında,Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli əks edən xəbərləri diqqətinizə çatdırırıq.

645643
Xarici Mətbuat

Almaniya media orqanı DPA-nın, “İstanbuldan sonra indi də İzmir xain terrorun hədəfi oldu” başlıqlı xəbərində: İstanbulda yeni il axşamı törədilən terror aktından hələ beş gün keçmiş ki, İzmir şəhəri terrorun hədəfi oldu. Bu şəhər indiyə qədər heç bir terror hadisəsinə səhnə olmamışdı. İzmir valisi Erol Ayyıldız, xain terror aktının törədildiyi İzmir Ədliyyəsinin qarşışında jurnalistlərə verdiyi açıqlamada, bomba ilə təchiz edilmiş avtomobil  ilə    həyata  keçirilən alçaq hücum nəticəsində iki nəfərin həyatını itirdiyini, bunlardan birinin polis əməkdaşı, digərinin isə ədliyyə işçisi olduğunu bildirib. Əldə edilən ilk məlumatlar  hadisənin    terror  təşkilatı   PKK  tərəfindən   törədildiyi  ehtimalını   gücləndirdiyini  qeyd  edib. 

Fransa xəbər agentliyi AFP-nin “Ankara İncirlik hərbi bazasının koalisiya qüvvələrinin istifadəsinə qadağan etmə hüququna sahibdir” titriylə çatdırdığı xəbərində bildirib: Rəsmi Ankara 5 Yanvarda, Adanadakı İncirlik bazasının, Suriyadakı terrorçulara qarşı mübarizə edən beynəlxalq koalisiyaya bağlayacaq hüququnun  qorunduğunu bildirib. prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın xüsusi bir televiziya kanalına verdiyi açıqlamada: 'İncirlik bazasını bağlayırıq” demə hüququ hələ də bizim səlahiyyətimizdə. Ancaq şərtlər təhlil  ediləcək”. Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu da Amerika qüvvələrinin Suriyada həyata keçirilən ən əhəmiyyətli əməliyyatlara dəstək vermədiklərini, belə bir vəziyyətdə bu qüvvələrin İncirlik bazasından istifadə etmələrinin nə qədər doğru ola biləcəyini qeyd edib.

Rusiyanın Sesi Radyosu: “Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Suriyadakı atəşkəs ilə əlaqəli açıqlamasında, atəşkəs pozuntularının olduğunu, buna son qoyulmaması halında Astana prosesindən nəticə hasil olmayacağını deyib. Razılaşma çərçivəsində pozuntuların izlənməsi üçün Türkiyə və Rusiyanın Ankara və Moskvada izləmə  mərkəzləri  yaradıldığını ifadə edən Çaviuşoğlu, bu mərkəzlər tərəfindən humanitar yardımların heç bir ayrı-seçkilik  olmadan hər yerə çatdırılmasını da izləyəcəyini, iki mərkəz arasında müşavirə olacağını vurğulayıb. 9-10 Yanvarda isə Astana danışıqları ilə bağlı müzakirələr üçün Rusiyadan bir nümayəndə heyətinin Türkiyədə olacağını sözlərinə əlavə edib.

İngiltərə reuteres agentliyinin “Türkiyədə məhkəmə çevriliş cəhdiylə əlaqədar iki komutanı həbsə məhkum edib. İki yüksək seviyyəli Türk hərbçi, 250 nəfərin həyatını itirdiyi 15 İyul çevriliş cəhdinə iştirak cinayətindən ömürlük həbsə məhkum edildi. Məhkəmə, məhkum edilən polkovnik və Mayora, prezident Tayyib Ərdoğanın iqtidarına son qoyulduqdan sonra vilayət komandiri postu veriləcəyinin vəd edildiyini, onların çevrilişi tərtibləməkdə ittiham edilən Fəthullah Gülən təşkilatına mənsub olduqlarının  dəlillərlə  ortaya   qoyulduğunu  bildirib.  



Әlaqәli Xәbәrlәr