Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

628581
Xarici mәtbuat

İspaniya, ABC: "Terrorçular törәtdiklәri hücuma görә ağır cavab verәcәklәr’’

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan   İstanbulda törәdilәn iki terror hücumu nәticәsindә şәhid olan  bәzi polis әmәkdaşlarının  dәfn mәrasimlәrinә  qatılıb. Rәcәb Tayyib Әrdoğan jurnalistlәrә verdiyi açıqlamada: ‘‘Terrorçular törәtdiklәri hücuma görә ağır cavab verәcәklәr. Terrorçulara  boyun əyməyəcəyik’’ deyib.

Şəhid olan polis әmәkdaşlarının  dəfn mərasimində hökumət rəsmiləri də iştirak edib. Daxili işlər naziri Süleyman Soylu bildirib ki: "Şәhidlәrin  qanı yerdə qalmayacaq’.

ABŞ, Associated Press:"Qərb dünyası terror təşkilatı PKK-nı dəstəkləməkdən imtina etsin’’

Türkiyәnin DİN rәhbәri  Süleyman Soylu terror təşkilatı PKK tərəfindən İstanbulda həyata keçirilən bombalı hücum sәbәbiylә PKK-nı və Qərbdəki müttəfiqlərini sərt şəkildə tənqid edib. Süleyman Soylu  xain hücumun arxasındakı PKK-ya reaksiya göstərərək: "Bəzi qaranlıq qərb tərəfdaşlarınızın xidmətçisi və  qatili olmaqdan savayı  bir şey әldә edә bildinizmi’’ deyib.

İngiltərə, Reuters:" 3 partiyadan terror hücumuna qarşı birgə  bәyanat’’

Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası  muxalifәtdәki  Cümhuriyyət Xalq Partiyası vә  Milliyyətçi Hərəkat Partiyası bazar günü (dünən) yaydıqları birgə bəyanatla təhlükəsizlik qüvvələrini və terrorla mübarizələrini sonadәk  dəstəklədiklərini açıqladılar. Bәyanat hücumdan bir gün sonra verilib. İstanbuldakı xain terror hücumundan sonra Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  rəhbərliyində Təhlükəsizlik Şurasının yığıncağı keçirilib.

Dövlәt başçısı Әrdoğan verdiyi  açıqlamada, hökumətin terrorla mübarizəsinin sonuna qədər davam edəcəyini deyib.

Rusiya, Ria Novosti: "Türkiyənin Suriyadakı antiterror əməliyyatları davam edir"

Türkiyәyә aid  döyüş təyyarələri ‘‘Fərat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 24 saat ərzində Suriyanın şimalında terror təşkilatı DEAŞ-ın 12 üzvünü mәhv edib.

Türkiyə Hәrbi  Hava Qüvvələrinin Әl- Bab və ətraflarındakı bölgəlәrdә hәyata keçirdiyi hava әmәliyyatı nәticәsindә  DEAŞ-a aid 21 bina, sığınacaq, qərargah, hərbi vasitələr və silah-sursat  anbarı  məhv edilib.



Әlaqәli Xәbәrlәr