Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular  xarici  mǝtbuat və  veriliş orqanların

626930
Xarici Mətbuat

Almaniya media quruluşu Deutsche Welle: Almaniyada pasportu oğurlanan Türkiyə Böyük Millət Məclisinin sədr əvəzi Ayşə Nur Bahçəkapılının Alman polisi tərəfindən hava limanında saxlanmasına görə Ankara-Berlin arasında yeni bir gərginlik yarandı. TBMM-nin sədr əvəzi Ayşə Nur Bahçəkapılının, Köln-Bonn hava limanında Alman polislərinin geyri adi rəftarına məruz qaldığı və saxlandığı xəbərindən sonra Türkiyə buna cavab olaraq ölkəyə daxil olmaq ya da ölkədən xaric olmaq istəyən diplomat pasportuna sahib Almaniya vətəndaşlarının da ətraflı araşdırılması qərarına gəldi. Anadolu Agentliyi bildirib ki, həmin qərara görə diplomat pasportlu Alman vətəndaşlarının ölkəyə daxil və ya ölkədən xaric olmalarına ancaq posport nəzarət məntəqələrinin ətraflı araşdırmalarından sonra icazə verilir. Bu tətbiq səbəbiylə çərşənbə axşamı İstanbul Atatürk Hava lımanında haqlarındakı təhqiqat uzun müddət davam edən dörd Alman diplomat uçuşa yetişə bilməyib.

Qətər mərkəzli veriliş orqanı Əl-Cəzirə kanalı: Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Albayrak, Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında etdiyi çıxışında, Rusiya ilə təbii qaz ticarətində milli pul vahidindən istifadə edilməsinin təmini üçün lazımlı işlərin edildiyini bildirib. 10 Oktyabrda Türk axını layihəsinin sürətləndirilməsinə dair iki ölkə arasında müqavilə imzalandığını xatırladan Albayrak: “Türk Axını layihəsiylə Türkiyənin Rusiyaya təbii qaz asılılığı artırmayacaq bunun əksinə qərb axınından Türkiyəyə tədarük edilən qazın daha birbaşa hasilatçı ölkədən Türkiyəyə çatmasını təmin edəcək. Həmçinin qazın digər ölkələrə çatdırılması baxımından Türkiyəni əhəmiyyətli regional mərkəzə çevirəcək”.

Kırım Xəbər agentliyi QHA, “Qazprom, Türk Axını Layihəsi çərçivəsində ilk xətti çəkəcək şirkət ilə müqavilə imzaladı” başlığı ilə çatdırdığı xəbərdə: Rusiyanın enerji nəhəngi Qazprom, Türk Axını təbii qaz boru xətti layihəsi çərçivəsində ilk xəttin inşa edilməsi üçün İsveçrəli Allseas şirkəti ilə müqavilə imzalayıb. Müqavilədə Türk axını boru xətti layihəsi çərçivəsində ikinci xəttin çəkilməsinə dair açılacaq tenterdə Allseas şirkətinə imtiyaz verilməsi nəzərdə tutulub. Razılaşmaya görə Allseas şirkətinin Qaradənizdə çəkəcəyi xəttin uzunluğu 900 kilometr olacaq. Şirkət dünyadakı ən böyük tikinti gəmisi olan pioneering Spiritdən istifadə edəcək. Tikinti işlərinə 2017-ci ilin ikinci yarısında başlanacaq.

Amerikanın Səsi Radiosu VOA-nın “Türkiyə Suriyaya 300 əsgər göndərir” başlıqlı xəbərində: Türkiyə Suriyanın şimalına daha 300 əsgər göndərir. Anadolu Agentliyinin məlumatına görə xüsusi təyinatlı 300 əsgər Fərat Qalxanı əməliyyatına dəstək məqsədiylə göndəriləcək. Ancaq əsgərlərin harda yerləşdiriləcəyinə dair məlumat verilməyib.

Türkiyə avqust ayında Suriyalı Ərəb və Türkmən müxaliflərə dəstək məqsədiylə əməliyyat başlatmışdı. Türkiyə sərhədini terror təşkilatı DEAŞ-dan təmizlədikdən sonra təşkilatın Hələbin şimalındakı ən güçlü qalası olan əl-Baba istiqamətlənmiş və hazırda həmin bölgədə mübarizə davam edir.

 



Әlaqәli Xәbәrlәr