Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

625466
Xarici mәtbuat

Almaniya, DPA: "Rusiya ilə Türkiyə arasında güclü əməkdaşlıq"

Türkiyə vә  Rusiya münasibətlərini  iqtisadiyyat sahәsindә  əməkdaşlıq edərək gücləndirməyi hədəfləyir.

Baş nazir Binәlı Yıldırım Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi görüşdə  Rusiyanın dәstәyi ilə inşa ediləcək ''Akkuyu'' Atom Elektrik Stansiyasının birinci fazasının 2023-ci ildə  hәyata keçirilәcәyini  deyib. Putin də Baş nazir Yıldırımın  Moskvaya etdiyi  səfərinin  yeni yüksək səviyyəli  zirvəyə əsas təşkil etdiyini deyib. Putin həmçinin ‘‘Türk axını’’ layihəsini dəstəklədiyi üçün Yıldırıma təşəkkür edib.
Rusiya, Ria Novosti: "Binalı Yıldırım  terror təşkilatlarının yaranma səbəblərini açıqlayıb"

Türkiyәnin baş naziri  Binәli  Yıldırım  beynəlxalq terror təşkilatlarının  mühüm regional problemlərin davamlı  şəkildə diqqətə alınmadığı bir şəraitdə yarandığını deyib. Yıldırım  "PKK/PYD, DEAŞ, Əl-Qaidə, Boko Haram kimi terror təşkilatlarının on illərdir, əsrlərdir ki, həll edilməyən regional problemlər sәbәbindәn yarandığını deyib.

Yıldırım  regional problemlərin vaxtında dəf edilməsi tәqdirindә  bu gün mövcud olan son dərəcə mürəkkəb vəziyyətin qarşısının alına bilәcәyini  deyib. Terror təşkilatlarının  bütün bəşəriyyət üçün başqa problemlər də doğurduğunu vurğulayan Yıldırım  regional problemlər hәll olmadığı tәqdirdә bu növ  problemlərin gec-tez böyüyəcəyini və qlobal problemlərə çevriləcəyini bildirib.

ABŞ, The Washington Post:"Qərbin mətbuat azadlığındakı  riyakarlığı"

Türkiyə  mətbuat azadlığı məsələsində dünyaya daim dərs keçәn  Avropa və ABŞ-dakı riyakarlığa diqqətləri çəkdi. Media və İnformasiya Baş İdarəsindən xarici jurnalistlərə göndərilən elektron məktubda  Fransa və İngiltərə kimi ölkələrdə terrorla mübarizə qanunlarının tətbiq edildiyi və rəsmilərin jurnalistlərә maneə törətdiklәri ilə bağlı bir çox hadisəyə toxunulur.

Almaniya, Der Tagesspiegel:"Aİ-Türkiyə münasibətləri gündəmdən düşmür"

Gələcək həftə  Brüsseldə keçiriləcək Aİ sammitində Avropa İttifaqı  ilə Türkiyə arasında əldə olunan qaçqın müqaviləsinin həyata keçirilməsi  mәsәlәsi qiymәtlәndirilәcәk.

Sammitdə ilk olaraq  Aİ ilə Türkiyə arasında әldә olunan  müqavilədə əldə olunan  son vəziyyət qiymətləndiriləcək.

 



Әlaqәli Xәbәrlәr