Xarici Mətbuat

Xarici  Mətbuat və veriliş  orqanlarının icmalı ( Türkiyənin  gündəmindǝki  əsas mövzular)

621595
Xarici Mətbuat

İngiltərə xǝbǝr agentliyi Reuters, “Prezident ərdoğan vǝ Putin Hələbdə atəşkəsǝ zǝrurǝt olduğu mövzusunda hǝmfikirdir” başlıqlı xǝbǝrindǝ: Prezident Rəcəb Tayyib ərdoğan, 30 Noyabrda Rus həmkarı Vladimir Putinǝ telefon edǝrǝk Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirǝ edib. Hǝr iki lider dǝ Hǝlǝbdǝ atǝşkǝsǝ zǝrurǝt olduğunu sǝslǝndirib. Ərdoğan ilǝ Putin arasında bir hǝftǝ ǝrzindǝ üçüncü dəfə baş tutan telefon danışığında, Hələbdə qarşıdurmaların dayandırılması və şəhərə humanitar yardım çatdırılmasına dair addımların sürǝtlǝ atılması mövzusunda mütabiq qalıb.

Səudiyyə ərəbistanı Swıftnewz: Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda parlamentlərarası Qüds platformasındakı çıxışında: “Məscidi-əqsaya sahib çıxmaq, yalnız daşdan başqa heç bir silahı olmayan Fələstinli uşaqların yox, bütün müsəlmanların ortaq vǝzifǝsidir. Orta Şərqdə daimi sülhü bǝrpa etmǝyin yeganǝ yolu, 1967-ci ildǝ müǝyyǝn edilmiş sərhədlər nǝzǝrǝ alınaraq paytaxtı Şərqi Qüds olan müstəqil və suveren bir Fələstin dövləti yaradmaqdır. Bunun reallaşa bilmǝsi üçün dǝ beynəlxalq cəmiyyət, Fələstinə verdiyi dəstəyi artırmalıdır” deyǝ vurğulayıb.

Almaniyanın Dpa media quruluşu, “Türkiyǝ bir toplanma düşǝrgǝsi deyil” başlıqlı xǝbǝrindǝ bildirib: Türkiyǝnin Avropa İttifaqı işlǝri üzrǝ naziri Ömər Çelik, Türkiyǝ sǝrhǝd qapılarını qaçqınlara açabilǝr deyǝrǝk Avropa ölkǝlǝrini daha bir dǝfǝ xǝbǝrdarlıq edib. Türkiyənin toplanma düşərgəsi olmadığını ifadǝ edǝn nazir Çǝlik, Avropa İttifaqını immiqrant razılaşmasının ǝsas şǝrtlǝrini yerinǝ yetirmǝmǝkdǝ ittiham edib. Buna nümunǝ kimi viza rejimi tǝtbiqinǝ son qoyulmamasını, Suriyalı qaçqınlar mövzusunda maliyyə yardım haqda  verdiyi   sözə   ǝmǝl   etməməsini. Aİ-na üzvlük müzakirǝlǝrinǝ sürǝt qazandırılmamasını göstǝrib.

Yunanıstanın Dımokratıa qǝzetindǝ, “Səkkiz Türk zabitin sığınacaq tǝlǝbi araştırılır” başlıqlı mǝqalǝdǝ gedib:

Yunan mǝhkǝmǝsi, 15 İyulda uğursuzluqla nǝticǝlǝnǝ çevriliş cǝhdindǝn sonra vertolyot ilə Türkiyǝni tǝrk edǝrǝk Yunanıstana çatan səkkiz Türk Çevrilişçi zabitin eskstradisiya edilmǝsi mövzusunda qarşıdakı hǝftǝ qǝrar qǝbul edǝcǝk. Səkkiz çevrilişçi zabitdǝn üçü haqqındakı ekstradisiya tǝlǝbinin dǝyǝrlǝndirilmǝsi işinǝ sırağa günü başlanıb. Digǝr beş zabitin Türkiyǝyǝ geri qaytarılmasına dair tǝlǝb ilǝ bağlı müzakirǝyǝ isǝ cümə günü başlanacaq. Digǝr tərəfdən Afina Baş Prokurorluğu. Türk zabitlǝrinin  ittihamına  dair tǝlǝb edlən dǝllillǝrin Türkiyǝ tǝrǝfindǝn verilmǝmǝsi sǝbǝbiylǝ məhkəmə işinin ǝn az üç ay tǝxirǝ salınmasını istǝmişdi. Lakin prokurorluğun tǝlǝbini qǝbul etmǝyǝn mǝhkǝmǝ, zabitlǝrin Türkiyǝyǝ ekstradisiya edilmǝsinǝ dair legitim ǝsaslar olub olmadığının araşdırılması üçün mǝhkǝmǝ işini 6 dekabr 2016-cı il tarixinǝ dǝk tǝxirǝ salıb.  

 



Әlaqәli Xәbәrlәr