Xarici Mǝtbuat

Xarici mǝtbuat vǝ veriliş orqanlarının icmalı

616845
Xarici Mǝtbuat

Fransa xǝbǝr agentliyi AFP: Ərdoan Avropa Parlamentinin Türkiyənin tam hüquqlu üzvlük mövzusuna yenidǝn baxılması qǝrarının ǝhǝmiyyǝtsiz olduğunu bildirib. Agentliyin mǝlumatına görǝ Prezident Ərdoğan 23 Noyabrda İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatı yığıncağında etdiyi çıxışında: “Televiziya kanallarından bizi izləyən bütün dünyaya səslənirəm, Avropa parlamentinin qǝrarı hǝr nǝ olarsa olsun mǝnasızdır vǝ Türkiyǝ üçün heç nǝ ifadǝ etmir”  deyǝ   vurğulayıb.

İtaliya media orqanı ANSA-ın “Merkelin, Ankara ilǝ üzvlük müzakirǝlǝri davam etmǝlidir sözünǝ diqqǝt çǝkdiyi xǝbǝrindǝ bildirib: Almaniya kansleri Angela Merkel 23 Noyabrda verdiyi açıqlamada Ankara ilə üzvlük müzakirǝlǝrinin davam etmǝsinin əhəmiyyətini vurğulayıb. Kansler Merkel, xarici işlər naziri Frank-Walter Steinmeierin Ankaraya reallaşdırdığı son ziyarəti yüksǝk qiymǝtlǝndirdiyini, Türkiyə ilǝ müzakirǝlǝrǝ davam edilǝcǝyini, lakin bunun, tǝşvişlǝrimizi sǝslǝndirmiyǝcǝyimiz mǝnasını vermǝdiyini qeyd edib.

İran xǝbǝr agentliyi İRNA-nın “Neçirvan Bərzani, prezident Ərdoğan ilə görüşdü” başlıqlı xǝbǝrindǝ bildirilib: İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Neçirvan Bərzani, dünən İstanbulda prezident Rəcəb Tayyib Ərdoğan ilə bir araya gəlib. Son zamanlarda Bağdad ilə Ankara arasındakı əlaqələrin gərgin olduğu dövrdə reallaşan görüşün mǝzmunu barǝdǝ mǝlumat verilmǝyib. Saat yarım davam edən görüşdə, Mosulu xilas etmǝ ǝmǝliyyatı, Tǝlafǝr, bölgədə və Şimali İraqdakı mövcud siyasi və təhlükəsizliklǝ əlaqədar cǝrǝyan edǝn proseslǝr, İraq Kürd Regional Rəhbərliyilǝ Türkiyə arasındakı enerji, ticarət və iqtisadi ǝmǝkdaşlıq mövzuları müzakirǝ edilib.

Rusiyanın RİA Novosti qǝzetidǝ “Türkiyǝ, Kıbrıs müzakirǝlǝrinin davam etmǝsi mövzusunda tǝrǝflǝrǝ çağırış edib” başlığı ilǝ ǝks edǝn mǝqalǝdǝ gedib: Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu, rǝsmi Ankaranın Kıbrıs probleminin həlli mövzusunda müzakirələrin beş tərəfli formatda yenidən başlaması barǝdǝ tǝrǝflǝrǝ çağırış etdiyini ifadǝ edǝrǝk: Problemin hǝllinǝ dair İsveçrənin Mont Pelerin şəhərində reallaşan danışıqlardan Türk tərəfinin bütün yaxşı niyyətli səylərinə baxmayaraq nəticə hasil olmadı. Prosesinin bu mərhələsində çox ǝhǝmiyyǝtli fürsət mǝhv edildi. Kıbrısdakı hǝr iki tǝrǝflǝ yanaşı, Türkiyə, Yunanıstan və İngiltərənin dǝ iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının başçılığında beş tǝrǝfli danışıqlara yenidǝn başlanmasına zǝrurǝt olduğuna inanıram”  deyǝ Müftüoğlu  bildirib.



Әlaqәli Xәbәrlәr