Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

582594
Xarici mәtbuat

Almaniya,  Deutsche Welle:"Aİ qaçqınlarla bağlı ohdәliyini yerinә yetirmәdi’’

 Türkiyәnin  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını  qaçqınlarla bağlı öhdəliklərini  yerinə yetirməməklə günahlandırdı. Ərdoğan  Aİ-nı  nəzərdə tutaraq " 3 min avro verәcәklәri ilә bağlı söz verdilәr. İndiyәdәk bizә gәlәn 179 milyon avrodur.  Bu pul bizә deyil qaçqınlara gәlir’’ dedi. Türkiyə kimi bir neçə ölkənin qaçqın yükünü   öz öhdәsinә aldığını   bildirən Ərdoğan, "Türkiyənin etdiklәri  gündəmə gətirilmir. Görmürlər. Unutdurmaq istəyirlər’’ deyә qeyd etdi.

Rusiya, Sputnik: "Etimesqutda  ‘‘Türkiyənin  Pentaqonu’’  qurulur"

 Hökumət 15 İyul dövlət çevrilişi cəhdindәn sonra  hərbi qurumların şəhər kәnarına  köçürülmәsinә  yönəlik qərarını  həyata keçirmək üçün fәaliyyәtlәrini davam etdirir.

 Milli Kəşfiyyat Təşkilatı  üçün Ankaranın  Etimesqut  sәmtindә  inşa edilәn  yeni binanın yerləşdiyi ərazi  təhlükəsizlik şəhərciyi olacaq. Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı başda olmaqla  Milli Müdafiə Nazirliyi və Qoşun komandanlıqları bu ərazidə köçürülәcәk. Təhlükəsizlik qurumları bir mərkəzdən fəaliyyətlərini davam etdirәcәklәr.

ABŞ, CNN: "DAEŞ-ın  Katyuşa raketləri  ‘‘KORKUT’’  hava hücumundan müdafiə sistemi ilә mәhv edilәcәk’’

 Türkiyәnin Kilis şәhәri vә sәrhәd xәtti  ‘‘KORKUT’’  hava hücumundan  müdafiә  sistemi ilә qorunacaq.

Türkiyәnin  Milli Müdafiә naziri Fikri Işık  Katyuşa raketlәrini  mәhv edәcәk sistemin yaradılması üçün   tәxminәn 1.5 ildir çalışıldığını qeyd edәrәk: ‘‘Laboratoriya şәraitindә müsbәt nәticә әldә etdik. Bu hәftә açıq havada sınaqdan keçirәcәyik’’ dedi. Bu sistem  35 millimetrlik ‘‘Ağıllı silah’’ vә Katyuşa kimi  sürәtli vә kiçik  hәdәflәrә qarşı  son dәrәcә  fәal  müdafiә  edir. Hәdәf  Katyuşa raketini havada tutub mәhv etmәkdir.

İngiltərə, Financial Times qəzeti: "Layihələr hәyata keçirilmәyә  davam edir’’

 Terrorla mübarizə, Yaxın Şərqdəki münaqişәlәr, dövlət çevrilişi cəhdi və Suriyada hәyata keçirilәn ‘‘Fərat Qalxanı’’ әmәliyyatı  Türkiyədәki layihәlәrin hәyata keçirilmәsinә  mәnfi tәhsir göstәrmәdi.  Əksinə  magistral yollar,  körpü  açılışları və şəhərsalma  layihələrinin  hәyata keçirilmәsi sürәtlәndirildi.

Bir neçә il әrzindә 100 milyard dollarlıq inşaat layihәlәrinә başlanacaq. Bu layihәlәr arasında İstanbulda inşa edilәcәk 3-cü hava limanı vә Gebzә  sәnayi bölgәlәrini İzmirә bağlayacaq  10 milyard dollarlıq yol da var.



Әlaqәli Xәbәrlәr