Xarici mətbuat, 23.09.2016

R.T.Ərdoğan çıxışında ABŞ-la separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD/YPG-yə yanaşma mövzusunda razılığa gələ bilmədiklərini söyləyib.

575618
Xarici mətbuat, 23.09.2016

İngiltərə, BBC: "Ərdoğan: ABŞ Kobaniyə iki təyyarə silah göndərdi"

  BMT Baş Assambleyası üçün Nyu Yorkda olan Rəcəb Tayyib Ərdoğan Türken Cəmiyyəti tərəfindən təşkil edilən tədbirdəki çıxışında ABŞ-la separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD/YPG-yə yanaşma mövzusunda razılığa gələ bilmədiklərini, ABŞ-ın PYD və YPG-yə vermək üçün Kobaniyə iki gün əvvəl silah dolu iki təyyarə göndərdiyini söyləyib və sərt reaksiya göstərib. ABŞ Müdafiə naziri Aşton Karter isə YPG-nin parçası olduğu SDG (Suriya Demokratik Qüvvələri) ilə birlikdə işi davam edəcəklərini bildirib. ABŞ Baş Qərargah rəisi Co Danford (Joe Dunford) SDG üçün: "Onlar bizim bölgədəki ən təsirli müttəfiqimizdir", - deyib.

ABŞ, VOA: "Fətullah Gülən qaçmağa yer axtarır"

  Türkiyənin Ədalət naziri Bəkir Bozdağ Fətullah Gülənin qaçış axtarışı içərisində olduğuna dair kəşfiyyat məlumatlarının əllərinə çatdığını, bunu Amerika mövqelərinə çatdırdıqlarını söyləyib. Bozdağ Fətullah Gülənin qaytarılmasıyla bağlı yaxında Vaşinqtona səfər etməyi planlaşdırıb, "Vaşinqtona səfərim olacaq. Hələ ABŞ Ədliyyə Nazirliyindən görüş tələbimiz olmayıb, qarşıdakı həftə bu istəyimizi ABŞ səlahiyyətli orqanlarına çatdıracağıq", - deyib.

Rusiya, “RİA Novosti”: "Türkiyə ordusu 24 saat içində 103 DAEŞ mövqeyini məhv etdi"

  Türkiyə Baş Qərargahından verilən məlumata görə, “Türkiyə Silahlı Qüvvələri 377 atəşlə Suriyanın şimalında terror təşkilatı DAEŞ-ə aid 103 hədəfi məhv edib. Fərat Qalxanı Hərəkatının 29-cu günündə 357 Fırtına və 20 iri çaplı roketatardan (ÇNRA) atəş açılaraq təsbit edilən 103 DAEŞ mövqeyi vurulub. Əməliyyat başlanandan bəri isə terrorçulara aid 927 istehkama 3707 atəş edilib.”



Әlaqәli Xәbәrlәr