XARİCİ MƏTBUAT 29. Avqust.2016

Türkiyǝnin gündǝmindǝki ǝsas mövzular xarici mǝtbuat vasitǝlǝrindǝ

561211
XARİCİ MƏTBUAT 29. Avqust.2016

Amerikanın səsi Radiosu VOA, “Prezident Ərdoğandan qǝrarlılıq Mesajı” başlıqlı xǝbǝrindǝ bildirib: Prezident Rəcəb Tayyib Ərdoğan, terror təşkilatı DEAŞ-ın bir toy mǝrasiminǝ tǝşkil etdiyi hücum nǝticǝsindǝ 54 nǝfǝrin hǝyatını itirdiyi Qaziantǝp vilayǝtindǝ “Birlik, Bərabərlik və Qardaşlıq Mitinqinǝ” ev sahibliyi edǝn 15 İyul Demokratiya Meydanında etdiyi çıxışında terror təşkilatı DEAŞ, PKK vǝ bu tǝşkilatın Suriyadakı qruplaşması  PYD-yǝ qarşı başladılan əməliyyatların davam edǝcǝyini bildirib. Beynǝlxalq cǝmiyyǝtǝ, bölgəni və dünyanı terror bǝlasından xilas etmǝk üçün ǝmǝkdaşlıq haqda çağırış edǝn prezident Ərdoğan, Türrkiyǝnin daimi sülh vǝ ǝmin-amanlığı arzulayan ölkǝ olduğunu, lakin sərhədləri daxilindǝ vǝ yaxınlığında heç bir terror tǝşkilatının fəaliyyətinə icazǝ vermiyǝcǝyini, DEAŞ-ın Suriya və İraqdan təmizlənməsi üçün hǝyata keçirilǝn ǝmǝliyyatlara güçlü dǝstǝyinin davam edǝcǝyini ifadǝ edǝrǝk: Cerablusdakı hǝrbi varlığımızın ǝsas sǝbǝbi terrora qarşı mübarizǝdǝki ǝzm vǝ qǝrarlılığımızdır. PYD üçün dǝ lazımlı addımları atmaqda imtina etmǝrik deyǝ vurğulayıb.

Almaniyanın media orqanı Deutsche Wellein ‘Türkiyənin Yaxın Şərqdəki yeni strategiyası’ başlıqlı xǝbǝrindǝ gedib: Rusiya və İsraillə əlaqələrini normallaşdırmağa çalışan Türkiyə, Suriya ilǝ bağlı siyasǝtini dǝ dǝyişdirǝrǝk, Suriya liderinin keçid dövründə danışıqlarda iştirak edǝ bilǝcǝyini açıqladı. Fırat Qalxanı əməliyyatı ilə də bu ölkəyə istiqamətli daha aktiv siyasət izləyəcəyini göz önünǝ sǝrdi. Misir və İran ilə münasibǝtlǝrini irǝli pillǝlǝrǝ qaldırmaq cǝhdindǝ olan rǝsmi Ankara daha praqmatik siyasət izləyǝcǝk.

Beynəlxalq Çin Radiosu CRI-nin ‘Rusiya Türkiyəyə chater reysinǝ dair qadağa qǝrarını lǝğv edir’ başlığı ilǝ verdiyi xǝbǝrdǝ bildirib: Rusiya baş naziri Dmitri Medvedev dünǝn, Rusiyadan Türkiyəyə chater reysinǝ dair qadağa qǝrarının lǝğv edilmǝsini nǝzǝrdǝ tutan sərəncamı imzaladı. Rusiya turizm agentləri, daha əvvəl başda chater reyslǝr olmaqla Türkiyəyǝ bir çox tur təşkil edirdi. Qadağan qǝrarının lǝğv edilmǝsi, Türkiyənin turizminə fǝallıq qazandıracaq. İki ölkə arasındakı münasibətlər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyun ayında Rusiya Dövlət Başçısı Vladimir Putinə Rusiya qırıcısının vurularaq düşürülmǝsi ilǝ bağlı göndǝrdiyi mǝktubdan sonra yaxşılaşmağa başladı.

Kıbrıs Rum İcmasının CNA Xəbər Agentliyi: ‘Anastasiades və Akıncı sıxlaşdırılmış danışıqların ikinci mǝrhǝlǝsinǝ başlayacaq’. Kıbrıs Rum İcmasının lideri Nicos Anastasiades və Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Mustafa Akıncı, qısa aradan sonra BMT-nin himayəsindǝ başladıqları danışıqların ikinci mǝrhǝlǝsi üçün bu gün bir araya gǝlir. İki liderin 31 Avqust Çərşənbə, 2, 6, 8 və 14 Sentyabrda da görüşü nǝzǝrdǝ tutulub. Anastasiades, keçən həftə verdiyi açıqlamada müzakirələrdə irəlilǝyiş olarsa özü, prezident Akın vǝ BMT Baş katibi Pan Gi-moonun  iştirakı  ilǝ  zirvǝ toplantısı keçirilǝcǝyini qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr