Xarici Mǝtbuat  25 AVQUST 2016

Türkiyǝnin gündǝmindǝki ǝsas mövzular xarici mǝtbuat vasitǝlǝrindǝ

558867
Xarici Mǝtbuat  25 AVQUST 2016

Səudiyyə Ərəbistanı xǝbǝr agentliyi El Rıyad: Ərdoğan, Suriyanın şimalında hərbi əməliyyatın başladığını açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada, hǝrbi ǝmǝliyyatın Suriyanın şimal ǝrazilǝrini PYD və DEAŞ-dan azad etmǝk üçün başladıldığını, ǝsas mǝqsǝdin Suriyanın Türkiyə sərhədindəki tǝhlükǝsizliyi güclǝndirmǝk vǝ terror hücumlarının qarşısını almaq olduğunu qeyd edib. Uğursuzluqla nǝticǝlǝnǝn 15 iyul çevriliş cǝhdindǝn sonra daha da güclǝnǝn Türkiyǝnin Suriyanın zǝrǝr çǝkmiş xalqına dǝstǝkdǝn başqa planının olmadığını ifadǝ edǝn prezident Ərdoğan, Suriyanın ərazi bütövlüyünün qorunmasının lazım gǝldiyini vurğulayıb.

Rusiya Sputnik news media orqanı: Türkiyǝnin baş naziri Binalı Yıldırım, Cerablus başda olmaqla bütün bölgǝnin YPG Və PYD-dǝn azad edilmǝsinin vacib olduğunu qeyd edib. Baş nazir Binali Yıldırım, Fırat Qalxanı əməliyyatı ilǝ ǝlaqǝli açıqlamasında, Suriya müxaliflərinin Cerablusa bağlı kǝndlǝrǝ nǝzarǝti ǝlǝ keçirdiklǝrini, Cerablus qǝsǝbǝsi başda olmaqla bütün bölgǝnin YPG və PYD terror tǝşkilatlarından azad edilmǝsinin lazım gǝldiyini,  bu  mövzu ilǝ  ǝlaqǝli   ABŞ-nın da  öhdǝliklǝrinin  olduğunu vurğulayıb.

Fransa, AFP xǝbǝr agentliyi: ABŞ vitse-prezidenti Joe Biden Kürd qruplardan Firatın qərbinə keçməmələrini tǝlǝb edib. Amerikalı vitse-prezident Joe Biden çərşənbə günü Türkiyǝnin Baş naziri Binali Yıldırım ilə Ankarada təşkil etdiyi mətbuat konfransında, rǝsmi Vaşinqtonun Kürd döyüşçülərə Firatın qərbinə keçməmələrini söylədiyini bildirib.

Böyük Britaniyanın xǝbǝr agentliyi Reuters: Bidenın  sözlǝrinǝ  görǝ ABŞ Gülən ǝleyhindəki Dəlillərin araşdırılmasında Türkiyə ilə ǝmǝkdaşlıq edir. 

ABŞ vitse-prezidenti Joe Biden avqustun 24-dǝ Ankaraya reallaşdırdığı səfəri zamanı verdiyi açıqlamada, ABŞ-nın, rǝsmi Ankaranın 15 İyul çevriliş cǝhdindǝn sonra ekstrasiya edilmǝsini tǝlǝb etdiyi Fǝtullah Gülənin əleyhindəki dəlillərin araşdırılması mövzusunda Türkiyə ilə ǝmǝkdaşlıq etdiyini, Türkiyǝnin çevriliş cǝhdi ilǝ ittiham etdiyi Gülǝn haqqında ǝlavǝ dǝlillǝr göndǝrdikdǝ dǝ bu ǝmǝkdalığın davam edǝcǝyini, ABŞ-ın, müttəfiqinǝ zərər verən birini qorumaqda heç bir mənfəətinin olmadığını vǝ rǝsmi Vaşinqtonun uğursuzluqla nǝticǝlǝnǝn çevriliş cǝhdindǝn sonra Türkiyəyə güçlü  dəstəyini  açıqladığını  vurğulay



Әlaqәli Xәbәrlәr