Xarici Mətbuat 19.08.2016

Xarici mǝtbuat vǝ veriliş orqanlarında Türkiyǝ gündimi

555093
Xarici Mətbuat 19.08.2016

Almaniya mediası DW, “Prezident Ərdoğanın PKK-nın xain hücumlarının arxasında feto var” ifadǝsini başlıq olaraq istifadǝ etdiyi xǝbǝrindǝ, Ərdoğanın, prezident administrasiyasında verdiyi şǝrhdǝ, son günlərdə artan xain terror hücumlarla demokratiya keşiklərinin hǝdǝf götürüldüyünü, bunun arxasında feto-nun olduğundan heç bir şübhǝnin olmadığını vurğulayıb.

ABŞ-nın veriliş orqanı VOA, “ABŞ Türkiyədə törǝdilǝn terror aktlarını lǝnǝtlǝyir” başlıqlı xǝbǝrindǝ bildirib ki, Ağ Evdən verilǝn yazılı açıqlamada: “ABŞ, Türkiyənin cənub-şərqində ardıcıl hǝyata keçirilǝn terror hücumlarını lǝnǝtlǝyir” . Ağ Evin Milli Təhlükəsizlik Şurası nümayǝndǝsi Ned Price verdiyi etdiyi şǝrhdǝ terror aktlarında hǝyatını itirǝnlǝrin ailǝlǝrinǝ baş sağlığı verdiyini, yaralılara isǝ tǝcili şǝfa arzuladığını ifadǝ edǝrǝk “Həm təhlükəsizlik ǝmǝkdaşlarının həm də vətəndaşların ölümünǝ vǝ ya yaralanmalarına gǝtirib çıxaran terror hücumlarına qarşı mübarizǝ edǝn NATO müttəfiqimiz vǝ tǝrǝfdaşımız olan Türkiyəyə dəstəyimiz qətiyyətlə davam edir. Türk rǝsmilǝrlǝ görüşlǝr keçirir vǝ terrora qarşı ǝmǝkdaşlıq edirik.

Rusiya mediası Sputnik bildirib: Türkiyǝnin Baş Naziri Binali Yıldırıma görǝ Suriya probleminin hǝlli ancaq Rusiyanın dǝstǝyilǝ mümkün ola bilǝr. Türkiyənin xarici siyasətinin dostları artırmaq, düşmənləri azaltmaq prinsipi üstündǝ ucaldığını ifadə edən Baş nazir Yıldırımın sözlǝrinǝ görǝ qarşıdakı aylarda Suriyada ǝhǝmiyyǝtli inkişaflar yaşanacaq. Türkiyǝnin Rusiya və İsraillə ǝlaqǝliri nolmallaşdırmaq üçün attığı addımların töhvǝ verdiyini vǝ hǝr iki ölkǝ ilǝ dǝ ǝlaqǝlǝrin normal nal aldığını ifadǝ edǝn Yıldırım, Rusiya və ABŞ-ın dǝstǝyi ilǝ Suriya probleminin dǝ hǝllini arzuladığını qeyd edib.

Çex Respublikasının RFE / RL Radiosunun mǝlumatına görǝ, Buxarest, ABŞ-ın Türkiyədǝ incirlik bazasında olan nüvǝ silahları Rumıniyadakı bazaya köçürdüyünǝ dair xǝbǝrlǝri tǝkzib edib. 18 avqustda Rumıniya Xarici İşlər Nazirliyindǝn verilǝn açıqlamada, mövzu ilǝ bağlı iddiaların doğu olmadığı vurğulanıb.

Euractiv.com web saytında ǝks edǝn yazıda ABŞ-nın, Türkiyənin İncirlik Hava bazasındakı nüvə silahları Rumıniyadakı Deveselu Hava bazasına daşımağa başladığı bildirilmişdi



Әlaqәli Xәbәrlәr