Xarici mətbuat, 17.08.2016

ABŞ, “VOA”,ABŞ, “AP”, Qətər, “Əl-Cəzirə”,İngiltərə, “BBC”...

553591
Xarici mətbuat, 17.08.2016

ABŞ,  yayım orqanı “VOA”: “Çavuşoğlu və Kerri arasında telefon danışığı oldu”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Amərika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri arasında tələfon danışığı oldu.

ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner telefon görüşündə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, ABŞ vitse-prezidenti Co Baydenin səfəri,  Mənbiç və Hələbdə hadisələrin son inkişafının müzakirə olunduğunu bildirib.

ABŞ, xəbər agentliyi “AP”: “Türkiyə Yunanıstana qaçan 8 çevrilişçinin təhvil verilməsini istədi”

Türkiyənin rəsmi xəbər agenti Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyədən qonşu ölkə Yunanıstana qaçan 8 çevrilişçinin geri verilməsinin tələb edildiyini bildirdi. Anadolu xəbər agentliyi Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb Yunanıstana təslim edilən sənəd qovluğu ilə çevrilişə cəhd edənlərin “zorakılıqdan istifadə edərək konstitusiya pozuntusu”, “Dövlət başçısına qarşı suiqəsd”, “Qanunqoyma orqanına və hökumətə qarşı cinayət” səbəblərinə görə geri verilmələrinin istəndiyini qeyd edib.  15 iyuldakı çevriliş cəhdindən sonra 6 pilot və iki mühəndis, hərbi helikopterlə Yunanıstana qaçmışdı. Onlar çevriliş cəhdi ilə əlaqələrinin olduğunu rədd edərək sığınacaq tələb etmişdilǝr.

Qətər, yayım orqanı “Əl-Cəzirə”: “Böyük bir zövqlə Türkiyəyə gələcəyəm”

Dünya şöhrətli müğənni Sir Elton Con EXPO-2016 Antalya”da sentiyabrın 9-da konsertdǝ iştirak edəcək. EXPO-2016 Antalya” agentliyinə göndərdiyi məktubda Türkiyədə yaşananların demokratiya və azadlıq mühitini pozmaq məqsədli olduğunu vurğulayan müğənni məktubunda deyib ki, Türkiyədəki EXPO-2016 Antalya” konsertimi böyük bir zövqlə təşkil edəcəyəm. Daha öncəki konsertlərimə görə Türkiyə ilə yaxından tanışam. Bu yaşananlar “başağrısı” kimidir. Bunların Türkiyənin demokratiya və azadlıq mühitinə xələl gətirmək məqsədli olduğunu bilirəm. Bu hadisələr Türkiyənin gözəlliklərinə kölkə sala bilməyəcəkdir. Həmin səbəbdən böyük bir zövqlə Türkiyədə konsertdə iştirak edəcəyəm.

İngiltərə, “BBC”: “Türkiyənin RİO-2016-da üçüncü medalı güləşçi Cənk İldəmdən”

Rio-2016 Olimpiya Oyunlarında  güləşdə Türkiyəni təmsil edən Cənk İldəm (98 kq) bürünc medal qazandı. Yunan-Roma güləşi növündə rumin rəqibi Alexuc Ciurariunu məğlub edərək bürünc medalın sahibi olan Cənk İldəm bununla da Türkiyə Rioda Türkiyəyə üçüncü medalı qazandırıb. Rioda Daniyar İsmaılov ağırlıqqaldırmada, Rza Kayaalp isə güləşdə gümüş medal qazanıblar.



Әlaqәli Xәbәrlәr