Xarici mətbuat 10.08.2016

Fransa xəbər agentliyi “AFP”,ABŞ, BBC,Almaniya, “Deutsche Welle”RUSİYA, “Sputnik”...

549014
Xarici mətbuat 10.08.2016

Fransa xəbər agentliyi “AFP”: “Putin və Ərdoğan bir araya gəldi”

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan aylarla sürən böhrandan sonra ilk dəfə görüşdülər. Moskva ilə Ankara arasındakı əlaqələrin düzəldilməsinin vacibliyini başa düşdülər. Bununla yanaşı Rusiya iqtisadi əməkdaşlığın yenidən canlandırmağa dair irihəcimli layihələrə başlanılmasını vacib sayır. “Qurucu” və “dürüst” "olaraq xarakterizə edilən görüşdən sonra keçirilən mətbuat konfransında Vladimir Putin “Ölkələrimiz ikitərəfli əlaqələrin yenidən tamamilə təsis edilməsi üçün bütün zəruri imkanlara sahibdir”-deyə bildirib. Rusiya prezidenti vurğulayıb ki, əsas məqsədin yenidən başlanacaq əməkdaşlığı böhrandan əvvəlki vəziyyətinə gətirməkdir. Türkiyə dövlət başçısı Rəcəb Tayyib Erdoğan isə öz növbəsində deyib ki, iki ölkə arasındakı  əlaqələr sözügedən problemindən əvvəlki səviyyəsinə, hətta daha da inkişaf etdirilməsi gücünə malikdir. Hər iki tərəf də bunda qərarlıdır və lazımli iradəyə sahibdir.

ABŞ, BBC: “Çelik: Terrorla mübarizə qanunlarında dəyişiklik edilə bilməz”

Avropa İttifaqı naziri Ömər Çelik qurumun Türkiyə vətəndaşlarına sərbəst viza tətbiqinin qarşılığında Türkiyənin terrorla mübarizə qanununda dəyişikliklər istəyinə dair vəd verilməyəcəyini açıqlayıb. Ömər Çelik bu barədə Böyük Britaniyanın “Financial Times” qəzetinə müahibəsində bildirib. Türkiyənin Avropa İttifaqı naziri çeviriliş cəhdinin fəsadlarının aradan qaldırılması səbəbiylə qurumun bu istəyinin qısa müddət ərzində həyata keçirilməsinin mümkünsüzlüyünü dilə gətirib. Nazir Türkiyənin terrorla mübarizəyə dair qanunlarının Avropalı ortaqlarıyla müzakirəyə açıq olduğunu və uzun zaman aparacaq islahatlar barədə öhdəliklərinin yerinə yetirəcəklərindən əminliyini ifadə edib. Hazırda isə qısa zaman kəsiyində hər hansı bir islahatın aparılmasının mümkünsüzlüyünü vurğulayan Ömər Çelik Türkiyənin terrorist bir təşkilatın çeviriliş cəhdini yatırtdığını xatırladıb və əlavə edib ki, hücumun təşkilində həmçinin PKK, DAEŞ və digər terror qruplaşmaları da yer alır. Belə bir zamanda isə terrorizə dair qanunda dəyişikliyi etmək düzgün deyil.

Almaniya, “Deutsche Welle”: “Ştanmayer: Türkiyəyə ünvanlanan tənqidlərə dair ölçü götürülməlidir.”

Almaniya xarici işlər naziri Frank-Valter Ştanmayer Türkiyəyə istiqamətənən tənqidlərə dair ölçü götürülməsini istəyib. Nazir “Bild” qəzetinə müsahibəsində Türkiyədə çeviriliş cəhdi zamanı baş verənlərin xalq və Türkiyə Böyük Millət Məclisinə hədəflənən vəhşi hadisə olduğunu xatırladıb. O, Ankaranın müvafiq təhlükəsizlik tədbirləri gördüyü zamanda bunu görməməzlikdən gəlməyin doğru olmadığını vurğulayıb. Almaniya xarici işlər naziri müsahibədə Türkiyənin Avropa İttifaqı ilə miqrantların qəbuluna dair razılaşması çərçivəsində vətəndaşlarına sərbəst viza verilməsi tələbinə də toxunub. Ştanmayer deyib ki, sərbəst viza yalnız buna dair lazımi şərtlərin həyata keçirilməsindən sonra tətbiq oluna bilər.

RUSİYA, “Sputnik”: “Türkiyə Rio-Olimpiyadasında ilk medalını qazandı”

Braziliyada keçirilən Rio-2016 Olimpiya Oyunlarında ağırlıqqaldırma üzrə Türkiyə milli komandasının üzvü Daniyar İsmayilov kişilər arasında 69 kloqram çəkidə mübarizəsində gümüş medala sahib olub. Bununla da Türkiyə 31-ci Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Daniyar İsmayilov ilk olaraq 156, ikincidə 160, üçüncüdə 163 kiloqram daşıları qaldırıb. İkinci mərhələdə isə 181, 185, 188 ağırlığında çəkini başı üzərinə qaldıran 24 yaşlı idmançı ümumi hesabına 351 kiloqram toplayıb.



Әlaqәli Xәbәrlәr