Xarici mətbuat, 02.08.2016

İngiltərə BBC, “Sputnik” Rusiya xəbər agentliyi, DPA Almaniya

543508
Xarici mətbuat, 02.08.2016

İngiltərə, BBC: "B.Yıldırım: “ABŞ çevriliş cəhdinə qarşı açıq və qərarlı davranış sərgiləməlidir".

  Türkiyənin Baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatları Baş Qərargah rəisi Jozef Dunfordla görüşündə: “ABŞ çevriliş cəhdinə qarşı açıq və qərarlı davranış sərgiləməlidir", - deyib. Dunford da çevriliş cəhdini qınadıqlarını və Türkiyə demokratiyasının yanında olduqlarını bildirib.

  Dunford türkiyəli həmkarı general Hulusi Akarla 15 iyul çevriliş cəhdində bombaların hədəfi olan Türkiyə Böyük Millət Məclisinə baş çəkib. "Türk xalqının cəsarətindən təsirləndim" deyən J.Dunford Məclis sədri İsmayıl Kahramanla görüşündə Fəthullah Gülənin qaytarılmasıyla bağlı da danışıb, məsələnin Amerika hüquq və ədaləti çərçivəsində müzakirə olunduğunu söyləyib.

“Sputnik”, Rusiya xəbər agentliyi: "Gülənin qaytarılması üçün ABŞ-da toplanan imzalar 78 mini keçdi".

  ABŞ-da yaşayan türkiyəlilərin Ağ Evin internet səhifəsində Gülənin qaytarılması üçün başladığı imza kampaniyası davam edir. Kampanyanın sona çatmasına iki həftə qalmış 78 min 800 imza toplanılıb. Hədəflənən 100 min imzaya çatmaq üçün 22 min imzaya ehtiyac var.

  17 iyuldan başlanan kampaniyanın başlığında "Hökumətimizin Fətullah Gülən üçün liman olmağı tərk etməsini və onu Türkiyəyə təslim etməsini istəyirəm" ifadəsinə yer verilir.

  İmza kampaniyasına Ağ Evin internet səhifəsindəki petitions.whitehouse.gov internet ünvanı vasitəsilə qatılmaq mümkündür.

DPA, Almaniya: “E.Brok: Türkiyənin sərbəst viza tələbi qanunidir"

  Almaniya Xristian Demokrat Birliyinin (CDU) Avropa Parlamentindəki üzvü, siyasətçi Elmar Brok Türkiyənin sərbəst viza tələbini qanuni hesab etdiyini söyləyib: "Türkiyə indiyə qədər qaçqın müqaviləsində öz payına düşənləri etdi. İndi Avropa İttifaqının öz vədini yerinə yetirməsini istəyir. Bu qanunidir."



Әlaqәli Xәbәrlәr