Xarici Mətbuat 01.08.2016

Xarici mǝtbuat vǝ veriliş orqanlarında Türkiyǝnin gündǝminǝ dair xǝbǝrlǝr

542262
Xarici Mətbuat 01.08.2016

ABŞ, Amerikanın Səsi Radiosu (VOA)-nın “Türkiyə-Rusiya əlaqələri Normallaşır” başlıqlı xǝbǝrindǝ bildirilib ki, Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY)-nin 15 iyul tarixindǝki xain çevriliş cǝhdinin nǝticǝlǝri, Türkiyǝ-Rusiya münasibǝtlǝrinin yenidən inkişafında müsbǝt tǝsir edǝ bilǝ. Prezident Rəcəb Tayyib Ərdoğan, 9 Avqustda Rusiya Dövlət Başçısı Vladimir Putinlə St. Peterburqda bir araya gǝlǝcǝk. Putinin çevrilişǝ cǝhddǝn dǝrhal sonra Ərdoğana dǝstǝyini bildirmǝsi iki lider arasındakı   ǝhǝmiyyǝtli   mövzuların  müzakirǝsinǝ zǝmin  yaradıb. Ankara, qǝrb müttǝfiqlǝrinin Çevriliş cəhdini vaxtında qınamamaları sǝbǝbindǝ narahatdır. İcmalçılara görǝ Putin yaranan bu mövqedǝn istifadǝ edǝcǝk.

Rusiyanın beynəlxalq xəbər agentliyi Sputnikin “Bozdağdan Almaniyaya reaksiya: Onlara demokratiyanı biz öyrədəcəyik” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ gedib: Ədalət naziri Bəkir Bozdağ, Almaniyada yaşayan Türklər tərəfindən təşkil edilən mitinqdə prezident Rəcəb Tayyib Ərdoğanın telekonferans sistemiylə xalqa müraciǝt etmǝsinin qarşısının alınmasına sǝrt reaksiya verib. Almaniya Konstitusiya Məhkəməsinin  qǝrarını  geyri adi vǝ huquqa zidd olaraq  xarekterizǝ  edǝn  Bozdağ, Türkiyənin dövlǝt başçısına belǝ bir qadağan tǝtbiqinin qǝbul edilmǝz olduğunu, Türk millətinin demokratiya şüurunun irqçi Qərbdən min dəfə daha üstün və güclü olduğunu, Türk millətinin qǝrb alǝminǝ lazımlı demokratiya dǝrsi verǝcǝyini vurğulayıb.

Əl Cǝzirǝ veriliş orqanı, ABŞ baş qǝrargah rǝisi Dunfordun Ankaraya sǝfǝrini “Yıldırım - Dunford Çankaya köşkündǝ  görüşǝcǝk” başlığı ilǝ bildirib.

Amerika Birləşmiş Ştatları Baş qərargah rǝisi General Cozef E. Dunford, Baş nazir Binali Yıldırım ilə görüşmək üzrə Türkiyəyǝ sǝfǝrǝ gedib. Baş nazirlik mǝnbǝlǝrindǝn ǝldǝ edilǝn məlumata görə Baş nazir Yıldırım qonaq Baş qǝrargah rǝisi Dunfordu Çankaya köşkündǝ qǝbul edǝcǝk. Xatırladaq ki, Amerikalı hǝrbçi Dunford son dǝfǝ Yanvar ayında Türkiyəni ziyarǝt edǝrǝk ordu Generalı Hulusi Akar ilə bir araya gǝlmişdi. Akar, ötǝn  hǝftǝ Amerikalı hǝmkarı ilǝ telefonda danışaraq, quldur başçısı Fəthullah Gülənin Türkiyəyə qaytarılması mövzusunda dǝstǝk tǝlǝb etmişdi.

Azərbaycan xəbər agentliyi Trend “ Enerji sahǝsindǝ Türkiyə-Avropa İttifaqı arasında ǝmǝkdaşlıq lǝngimiyǝcǝk” başlıqlı mǝqalǝdǝ yazıb:

Avropa İttifaqının Enerji və İqlim işlǝri üzrǝ Komissarı Miguel Arias Canet, Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY)-nin 15 iyul çevriliş cəhdindǝn sonra verdiyi açıqlamada, Türkiyǝ ilǝ Avropa İttifaqı arasında enerji sahǝsindǝ edilǝn ǝmǝkdaşlığın cǝrǝyan edǝn hadisǝlǝrdǝn tǝsirlǝnmǝyǝcǝyini qeyd edib.  Xüsusilə Cənubi Qaz Dəhlizinin hər iki tərəf üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edǝk ki, Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən ibarət olan Cənubi Qaz Dəhlizi ilə Xəzər dənizindəki Şahdəniz 2 yatağından hasil edilǝcǝk təbii qazın, Türkiyə və Avropaya çatdırılması nǝzǝrdǝ tutulub.

 



Әlaqәli Xәbәrlәr