Xarici Mətbuat 25.07.2016

Xarici mǝtbuatda Türkiyǝnin gündǝmiylǝ ǝlaqǝli ǝks edǝn xǝbǝrlǝr

537087
Xarici Mətbuat 25.07.2016

Almaniyanın Deutsche Welle media quruluşun “Taksim meydanında çevriliş cǝhdinǝ qarşı demokratiya həmrəyliyi” başlıqlı xǝbǝrindǝ gedib: 15 iyuldakı çevriliş cǝhdindǝn etiraz mǝqsǝdiylǝ bütün ölkǝdǝ demokratiya keşikləri davam edir. İstanbul Taksim Meydanı, dünən yenə on minlərlə çevriliş müxalifi aksiyaçıya ev sahibliyi etdi. Cümhuriyyǝt Xalq Partiyasının (CHP) təşkil etdiyi 'Cümhuriyyǝt vǝ Demokratiya Mitinqinǝ iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) mǝnsubu sǝlahiyyǝtlilǝr dǝ iştirak etdi. Çevriliş müxalifi  fərqli siyasi fikirlǝrǝ sahib bir çox insanın iştirak etdiyi mitinqdə, birlik və bərabərlik vurğulanıb, ölkǝdǝki qardaşlığın daim olduğu, heç bir şǝyin bunu pozamıyacağı sǝslǝndirilib.

Əl Cǝzirǝ medio quruluşu: “Çevriliş  cinayǝtkarları ədalətə təslim olub” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ bildirib ki, Baş nazir Binali Yıldırım, Bloombergǝ kanalına verdiyi müsahibǝdǝ çevriliş cǝhdinǝ dair özünǝ ünvanlanan suallara cavab verib. Hadisǝ ilǝ bağlı nǝzarǝtǝ alınanlara da toxunan Baş nazir Yıldırım daha tutulası çox sayda insanın qaldığını zǝnn etmirǝm deyib. Kəşfiyyat təşkilatlarının alt quruluşunun dəyişdirilməsi məsələsinə dǝ işarǝ edǝn Baş nazir, “Əvvəlcə təşkilatların struktur problemlərini həll edəcəyik. Çevriliş cəhdi zamanı vəzifədə olanların qüsurlarının olub olmadığı araştırılır. Qanun çərçivəsində lazımlı addım olan atılacaq”.

Rusiya, veriliş orqanı Sputnik: “Türkiyədǝn Avropa İttifaqına Gülǝn çağırışı” başlıqlı xǝbǝrdǝ, Türkiyǝnin İttifaqa buradaki sabitsizlikdǝn siz dǝ tǝsirlǝnǝrsiniz deyǝrǝk sǝslindiyini  bildirilib.

Türkiyə Aİ Birgǝ Parlament Komissiyasının sədri Əhməd Berat Çonkar, Avropalı rǝsmilǝrǝ göndərdiyi məktubda, Fəthullah Gülən dəstəkçilərinə qarşı mübarizə üçün dəstək tǝlǝb edib. Çonkar bildirib ki, “Biz Müttefiklerimizǝ və ortaklarımıza çağırış edirik ki, öz ǝrazilǝrindǝ Fǝtullahçı terror tǝşkilatının fəaliyyətlərinin qarşısını alacaq lazımlı addımları atsınlar. Əks halda Türkiyǝdǝki sabitsizlikdǝn özlǝri dǝ mǝnfi tǝsirlǝnǝklǝr”.

İran, rəsmi xəbər agentliyi İRNA-nın mǝlumatına görǝ Türkiyǝnin Tehrandakı sǝfiri Hakan Tekin: İranın Türkiyədəki demokratik prosesǝ dəstəyi böyük ǝhǝmiyyǝt kǝsb edir.

Türkiyənin Tehran səfiri Hakan Tekin  sözlǝrinǝ  görǝ İran rəsmi mövqeləri, Türkiyədə uğursuzluqla nǝticǝlǝnǝn çevriliş cəhdinin ilk saatlarından sonra Türkiyənin legitim hökumətinə dəstəklərini elan ediblǝ. Buunu yüksǝk qiymǝtlǝndirdiklǝrini  ifadǝ edǝn Tǝkin,  “İranlı səlahiyyətlilər, xalqın sǝsi ilǝ seçilən hökumətin yayında yer alıblar. Türkiyədəki demokratik prosesǝ dəstək veriblǝr. Bu da iki ölkǝ arasındakı ǝlaqǝlǝrin nǝ qǝdǝr möhkǝm tǝmǝllǝr üzǝrindǝ ucaldığının göstǝricisidir” deyǝ vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr