Xarici Mətbuat

Xarici mǝtbuat vǝ veriliş orqanlarının icmalı

531828
Xarici Mətbuat

Amerikanın səsi Radiosu, “Ərdoğan, ABŞ-a daha bir dǝfǝ çağırış edib” başlıqlı yayımında, çevriliş  cǝhdi hadisǝsindǝn bir neçǝ saat sonra İstanbula gǝlǝn vǝ hazırda bu şǝhǝrdǝ olan prezident Rəcəb Tayyib Ərdoğanın, Kısıklıdaki evinin qarşısında toplaşanlara xitabǝn müraciǝtlǝrindǝ Fəthullah Gülən ilə bağlı ABŞ-na etdiyi çağırışlarını tekrar etdiyinǝ diqqǝt çǝkilib: Prezident Ərdoğan, çevrilişdǝn sonra paytaxt Ankaraya qayıtmayıb. Cǝnab prezident bu gün AKP-nin yaradılışı zamanı ǝmǝkdaşlıq etdiyi Erol Olcan və oğlu Abdullah Olcanın, Yeni Şafak qəzeti personalı Mustafa Canbazın, Marmara Universiteti İlahiyyat Fakültəsindǝ yerlǝşǝn Tatbiqat Mǝscidindǝ tǝşkil edilǝn dǝfn mǝrasiminǝ qatıldıqdan sonra Kısıklıdaki evinə qayıdıb vǝ burada toplanan vətəndaşlara xitabǝn çıxış edib. Çıxışı zamanı ABŞ-a da müraciǝt edǝn Ərdoğan, “Bu ölkədə dövlətǝ qarşı çevrilişǝ tǝşǝbbüs edǝnlǝr bunun əvəzini ödəməlidilǝr. Hökümǝtimiz ABŞ vǝ Qərb ölkǝlǝrǝ, mǝsǝlǝ ilǝ bağlı yazılı mesajlar göndǝrmǝkdǝ davam edir. Cinayǝtkarlarla bağlı ölkǝmizdǝn istǝnilǝn bütün sǝnǝdlǝri dǝ göndǝrǝcǝyik. Pennsylvaniadaki terror başçısını, Fethullahçı terror təşkilatına rǝhbǝrlik edǝn Gülǝnin Türkiyǝyǝ iadǝsi ABŞ-dan tǝlǝb edilmişdir. Buna dostlarımızın verǝcǝyi cavabı görəcəyik”. Aynı dəqiqələrdə Konyada 3-cü Hǝrbi tǝyyarǝ bazasında polis qüvvǝlǝrinin hǝyata keçirdiyi əməliyyata da münasibǝt bildirǝn Ərdoğan, ǝmǝliyyatın uğurlu olduğunu vurğulayıb.

Almaniyanın veriliş orqanı DPA-nın “Baş nazir Yıldırım hǝrbi çevrilişǝ tǝşǝbbüsü demokratiya bayramı olaraq xarekterizǝ edib”, başlıqlı xǝbǝrindǝ bildirib: Uğursuzluqla nǝticǝlǝnǝn hǝrbi çevrilişi, demokratiya bayramı olaraq xarakterizə edǝn Türkiyənin Baş naziri Binali Yıldırım, Ankarada Kızılay Meydanındaki kütləyǝ xitabǝn çıxışında 15 İyuldan sonra heç bir şeyin daha keçmişdǝki kimi olmayacağını ifadǝ edǝrǝk: “Gəlin bu bayramı geniş şǝkildǝ qeyd edǝk”.

Baş nazir Yıldırım, Kütlənin bir ağızdan edam cəzasının yenidən hǝyata keçirilmǝsi istǝyi qarşısında, “Tǝlebiniz bizə çatdı. Çevrilişçilǝrǝ lazımlı cǝza verilǝcǝk. Səhərlər işə gedəcəyik, axşamları meydanlara axışaraq demokratiya üçün keşik çǝkmǝkdǝ davam edǝcǝyik. Küçǝlǝri tǝrk etmǝmǝliyik” deyǝ vurğulayıb.

Rusiyanın xǝbǝr portalı Sputnik yazıb: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, çevrilişǝ tǝşǝbbüsdǝn sonra bir çox  ölkǝnin xarici işlər nazirliklǝrinin rǝhbǝrlǝri ilǝ görüşlǝr keçirmǝkdǝ davam edir. Siyasi mǝnbǝlǝrdǝn ǝldǝ edilǝn mǝlumata görǝ, nazir Çavuşoğlu son iki gündə 37 ölkənin xarici işlər naziri, Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Avropa Şurası, NATO və İslam Əməkdaşlıq təşkilatının da aralarında olduğu beynəlxalq təşkilatların baş katibi ilə danışıqlar edib. Avstraliya xarici işlər naziri Julie Bishop, Sloveniyalı hǝmkarı Karl Erjavec və İspaniya xarici işlər naziri Manuel Garcia-Margallo dünǝn  Çavuşoğluna telefon edǝrǝk, Türkiyədəki demokratik prosesǝ vǝ seçilmiş hökumətə dəstəklǝrini bildiriblǝr. Türkiyə ilə həmrəy olduqlarını vurğulayıblar. Xǝbǝrdǝ Türkiyǝnin XİN rǝhbǝri Çavuşoğlunun həmkarlarıyla hǝrbi çevriliş cǝhdinǝ  dair danışıqlarının davam etdiyi bildirilib.

Qǝtǝrin veriliş orqanı ƏL Cǝzirǝ bildirib: İqtisadiyyat üzrǝ nazir vǝ Baş nazir müavini Mehmet Şimşək, 15 iyul çevriliş cǝhdindǝn sonra verdiyi açıqlamada Birjalara sakit olmaları haqda çağırış edǝrǝk vurğulayıb ki, “Ölkǝnin maliyyǝ vǝziyyǝtindǝ daimi tǝxribat olmayacaq. panikadan imtina edilmǝlidir. Sürətlǝ işimizin başına qayıtdıq. Fövqəladə bir vəziyyət olsaydı bu gün birjalar açılmazdı. Bunu hǝr kǝs bilmǝlidir ki, Türkiyədə demokratiya daha da güclǝndi. Hadisǝdǝn İqtisadiyyatımız  mǝnfi tǝsirlǝnmǝyǝcǝk. Hǝr şey qaydasında davam edǝcǝk. Ölkəmiz, demokrasiyamız, siyasi sabitliyimiz güclənmişdir. Türkiyənin önü açıqdır. Lazımlı struktur islahatlar sürǝtlǝ hǝyata keçirilǝcǝkdir.



Әlaqәli Xәbәrlәr