Xarici mətbuat, 14.07.2016

"Terrorla mübarizədə qazanmaq üçün Suriya və İraqın sabitliyə qovuşması lazımdır", B.Yıldırım

529522
Xarici mətbuat, 14.07.2016

İngiltərə, BBC saytı: “Baş nazir Binəli Yıldırım Suriya ilə əlaqələrin düzələcəyinə eyham vurdu”

  Türkiyənin Baş naziri Binəli Yıldırım bölgədə uzunmüddətli sülhün tək yolunun Suriya prezidenti Bəşər Əsədin getməsi olduğunu bildirib. Suriya ilə yaxşı əlaqələr qurmaq istədiyini də söyləyən Yıldırım deyib: "Yalnız Suriya və İraqla deyil, Aralıq dənizi və Qaradəniz sahillərində olan bütün ölkələrlə dostluğumuzu inkişaf etdirmək istəyirik. Rusiya və İsraillə münasibətlərimizi normala qaytardıq. Əminəm ki, Suriya ilə də normallaşma olacaq. Terrorla mübarizədə qazanmaq üçün Suriya və İraqın sabitliyə qovuşması lazımdır.”

Amerika Birləşmiş Ştatları, AP: “Terrorçular bölgələrdən təmizləndi”, B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım təhlükəsizlik qüvvələrinin terrorçuları ölkənin rayonlarından təmizlədiyini açıqlayıb. Çərşənbə günü partiya üzvlərinə etdiyi xitabında bu barədə məlumat verən Yıldırım deyib: "Terror hadisəsi bitənə qədər terrorçuların izindəyik”.

  Rusiya, “RİA Novosti”: “Ankara, Rusiya və Türkiyə Enerji nazirləri bir araya gələcək”

  Türkiyə İqtisadiyyat naziri Nihat Zeybekci iki ölkə Enerji, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlərinin görüşünün olacağını bildirib. “Sputnik” agentliyinə müsahibəsində Zeybekci: “Ən qısa zamanda Rusiya Federasiyasının (RF) İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevla görüş olacaq… Rusiya tərəfi Rusiya və Türkiyə Enerji, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlərinin də görüşünün təşkilini təklif etdi… Rusiya ilə danışıqlar müsbət və konstruktiv abu-havada keçir”, - deyib.

  Almaniya, “Deutsche Welle”, Türkcə: “Aİ Türkiyədən daha az suriyalı qəbul etdi”

  Avropa İttifaqı ilə Türkiyənin mart ayında vardıqları razılaşmanın 3 aylıq balans hesabatı ortaya çıxıb. Hesabata görə, Aİ Türkiyədən çox az suriyalı qaçqını qəbul edib. “Rheinische Post” qəzetinin xəbərinə görə, “Razılaşma qüvvəyə mindikdən bu yana Aİ Türkiyədən yalnız suriyalı olmaqla 798 qaçqın alıb. Gözlənilən suriyalı qaçqın sayı isə 18 mindən yuxarı nəzərdə tutulurdu. Aİ-yə gedən 798 qaçqının 294-ünü Almaniya qəbul edib”.



Әlaqәli Xәbәrlәr