Xarici mәtbuat

Gündəm xarici mətbuat vasitələrində.

520609
Xarici mәtbuat

Qәtәr,  ''Əlcəzirə'' kanalı: ‘‘Әrdoğan:  beynәlxalq ictimaiyyәt terror təşkilatlarının planlarına qarşı qәtiyyәtli  mövqe nümayiş etdirməlidir"

 Türkiyənin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  İstanbulda törәdilәn  terror hücumunu pisləyib. Ərdoğan: " Bu hücum yalnız günahsız insanların qətli ilə Türkiyə əleyhinə təbliğat aparmaq məqsədi daşıyır’’ deyib. "Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır" deyәn Әrdoğan  Türkiyәnin terror tәşkilatlarının fәaliyyәtlәrinin  qarşısını almaq üçün lazımi imkana malik olduğunu vurğulayıb.

Türkiyәnin dövlәt  başçısı  deyib ki, "Əgər bütün dövlətlər  terror təşkilatlarına qarşı birgə mübarizə aparmasa, belә gorxunc hadisәlәr  bütün dünyada törәdilәcәk’’ 

Fransa, AFP: ‘‘Türkiyәnin Baş naziri: Hava limanında törәdilәn hücum nәticәsindә 36 nәfәr hәyatını itirib. İzlәr  DEAŞ-ı göstәrir’’

Türkiyәnin Baş naziri ötәn gün Atatürk Hava Limanında  törәdilәn terror hücumu nәticәsindә  36 nәfәrin hәyatını itirdiyini açıqlayıb vә izlәr DEAŞ-ı göstәrir  deyib.

Binali Yıldırım hadisә yerindә  mәtbuata verdiyi açıqlamada: ‘‘Son mәlumatlara  görә 36 nәfәr hәlak olub. İzlәr DEAŞ-ı göstәrir’’ deyib.

Baş nazir hücum nәticәsindә çox sayda adamın da yaralandığını bildirib ancaq sayı ilә bağlı mәlumat  vermәyib.

Baş nazir hava limanının  yerli vaxt ilә saat 3:00-dә  fәaliyyәtini bәrpa etdiyini qeyd edib.

Almaniya, DPA: ‘‘Merkel  İstanbulda  törәdilәn terror hücumu ilә әlaqәdar başsağlığı verib’’

Almaniya Kansleri Angela Merkel İstanbul Atatürk Hava Limanında  törәdilәn hücum nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar başsağlığı verib. Merkel verdiyi  açıqlamada törәdilәn hücumu qәtiyyәtlә pislәyib.

Angela Merkel:  ''Bütün türk xalqına terrorla mübarizədə Türkiyənin yanında olduğumuzu və bir-birimizi dəstəkləyəcəyimizi çatdırmaq istəyirəm'' deyib.

Almaniyanın XİN rәhbәri Frank Wolter Steinmeier dә hücumu pislәyәrәk: ‘‘Türkiyәnin yanındayıq’’ deyib.

 İRAN, Mehr: ‘‘Zәrif: terror  beynəlxalq  təhdiddir’’

İranın XİN rәhbәri  Atatürk Hava Limanında ötәn gecә  törәdilәn  hücumu qinayaraq  terrorun beynәlxalq tәhdid olduğunu  vә bununla hәr kәsin  mübarizә aparmasının vacib olduğunu deyib.

İran İslam Respublikasının XİN rәhbәri  Mәhәmmәd Cәvad Zәrif   İstanbulda törәdilәn  hücuma reaksiya göstәrib vә  olanları ‘‘terrorrun çirkli üzü’’ kimi qiymәtlәndirib. Zәrif şәxsi ‘’Twitter’’ hesabından  belә yazıb: ‘‘Terrorun çirkli üzü  dost vә qonşu  ölkәnin  hava limanında  bir daha özünü  göstәrdi. Terror beynәlxalq tәhdiddir vә bununla hәr kәs mübarizә aparmalıdır’’.



Әlaqәli Xәbәrlәr