Dünya mǝtbuatı

Gündǝm xarici mǝtbuat vasitǝlǝrindǝ

515876
Dünya mǝtbuatı

Rusiya, Sputnik: “Ö.Çǝlik: Aİ-na üzv olmasa da Türkiyǝ Avropada böyük bir demokratiyadır”

Avropa İttifaqı naziri Ömǝr Çǝlik İttifaqa üzv olmasa da Türkiyǝnin böyük bir Avropa gücü, böyük bir Avropa demokratiyası olduğunu söylǝyib. İtaliya xarici işlǝr naziri Paolo Gentiloni ilǝ Nazirliyin binasının yerlǝşdiyi Farnesinada 1,5 dǝqiqǝyǝ yaxın görüş keçirǝn Çǝlik Türkiyǝnin Suriya vǝ İraq kimi sabitsizliyin hökm sürdüyü bölgǝlǝrlǝ 1295 km-ǝ yaxın bir sǝrhǝdi olduğunu vǝ bu bölgǝdǝ tǝk başına mübarizǝ apardığını vurğulayıb.

Nazir Çǝlik tarixin ən böyük böhranlarından biri olan miqrasiya böhranına Türkiyə ilə Aİ arasında  qǝbul edilǝn qaçqın böhranı ilǝ ǝlaqǝli müqavilə ilə birlikdə nǝzarǝt etdiyini xatırladaraq, "Ümumi bir mexanizm quraraq, ortaq mǝntiq və birgə fəaliyyət planı hazırlayaraq, böyük bir uğura imza atdıq. Oktyabr ayında 7 min miqrant keçmǝsinǝ baxmayaraq, hal-hazırda bu rǝqǝm  20-yǝ, 30-dǝk düşüb. Ən gözəl xəbər isǝ may ayında ölüm halının qeydǝ alınmaması olub” deyǝ bildirib.

Qǝtǝr, Әl-Cǝzirǝ: ”Eyfel qüllǝsi üçüncü dǝfǝ ağ-qırmızı rənglərə boyandı”

 2-0 hesabıyla Çexiyaya qalib gəldikdən sonra Eyfel qülləsi türk tərəfdarlarının dəstəyilə yenə ağ-qırmızı rənglərə boyandı.

  Parisin simvolu Eyfel qülləsi Avropa Çempionatı günlərində hər gecə ictimai media üzərindən ən çox dəstək alan ölkə komandasının rənglərilə işıqlanır. Tərəfdarlar bu dəfə dǝ Türkiyə Milli komandasına böyük dəstək verdi.

Avro-2016-da üçüncü matçını Linza şəhərində Çexiya ilǝ oynayan A Milli Komandanın “Twitter”da #TUR teqinin ən çox dəstəyi almasından sonra Eyfel qülləsi 15 dəqiqə boyunca Türk bayrağının qırmızı-ağ rənglərilə işıqlandırıldı. Qüllǝ üzərində asılı olan top da ay-ulduz simvolu ilǝ rǝnglǝndirildi. Eyfel qülləsi Futbol üzrǝ Avropa çempionatı (AVRO-2016) müddǝtindǝ sosial media platforması “Twitter”da aparılan kampaniya çərçivəsində hər gün matçı olan ölkələr arasında son matçdan 10 dəqiqə sonra ən çox dəstək alan ölkə komandasının rənglərinǝ bürünür. Kampaniya başladığından bǝridir ümumi reytinqdə birinci yeri tutmaqda davam edǝn Türk Milli Komandası 21,4 faiz dəstəklə ilk növbǝdǝki yerini qoruyub. Türkiyə dünən matçı olan komandalar arasında isə 26,8 faiz dəstək toplayıb. Ümumi sıralamada ən çox dəstəyi alan ölkələr arasında ikinci yerdǝ 9,2 faiz ilə Böyük Britaniya, üçüncü yerdǝ isə 8,1 faiz nisbǝti ilə Fransa var.

Azerbaycan, Trend New Ageancy: “Nazir Çağatay Kılıç: “Komandamız bizi utandırmadı”

Gǝnclik və İdman naziri Akif Çağatay Kılıç milli komandanın Çexiya ilə oynadığı və 2-0 qazandığı qarşılaşmadan sonra idmançıların yanına gedərək Fatih Terim və oyunçuları təbrik edib. Nazir "Biz komandamıza inandıq və güvəndik. Onlar da bizi utandırmadı” deyib.

Futbol üzrǝ Avropa çempionatında A Milli Futbol Komandanın D qrupundakı son oyununu izləyən nazir Çağatay Kılıç komandanın 2-0 hesabından sonra verdiyi açıklamada futbolcuların Çexiya qarşısında olduqca təsirli bir oyun ortaya qoyduğunu bildirərək, "Bu onsuz da bizim xarakterimizǝ uyğun bir oyun. Hər zaman söyləyirik; Biz Milli Komandamıza inanırıq." deyə vurğulayıb.

ABŞ, xǝbǝr saytı Turkishny: “Cǝnubi Kıbrıs Türkiyǝnin yanğına müdaxilǝsinǝ icazǝ verdi”

Kıbrıs Rum Rǝhbǝrliyi Cənubda 3 gündür davam edən və nəzarət altına alına bilmǝyǝn meşə yanğını ilǝ ǝlaqǝli olaraq Türkiyənin uzatdığı yardım əlini qəbul etdiyini açıklayıb. Cǝnubi Kıbrıs Rum İdarǝsinin rǝhbǝri Nikos Anastasiadis Türkiyə Meşə və Su İşleri naziri Veysǝl Әroğlu tərəfindən edilǝn, Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncı tərəfindən ona bildirilǝn "Türkiyənin 3 təyyarə ilǝ yanğını söndürmə işlərinə dǝstǝk olma təklifini qəbul etdiyini açıklayıb. Baş nazir Binali Yıldırımın tapşırığı ilǝ yanğına müdaxilə üçün 2 yanğın söndürmə helikopteri Anamur və 1 təyyarə isǝ Antalyada hazır gözlǝdilir.  Rum tǝrǝfinin Trodos dağları (Karlıdağlar) ətəklərində 3 gün əvvəl başlayan və 15 kvadrat kilometrlik sahənin kül olmasına səbəb olan yanğın bütün müdaxilələrə baxmayaraq nəzarət altına alına bilmir. Yanğında 2 yanğınsöndürən ölüb, 3-ü ağır olmawla 6 nəfər də yaralanıb. Yanğın yaşayış məntəqələrinin çox yaxınlağına gǝlib çıxdığı üçün bəzi kəndlər boşaldılıb.



Әlaqәli Xәbәrlәr