Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

511299
Xarici mәtbuat

Rusiya, Sputnik: ‘‘İqtisadiyyat naziri  Zeybekçinin  Rusiya ilә bağlı açıqlaması: ‘‘Yaşananlar kәdәrlidir  amma üzür istәnmәyәcәk’’

2015-ci il noyabrın  24-dә  Rusiyaya aid tәyyarәnin Türk tәyyarәlәri tәrәfindәn vurulmasından sonra gәrginlәşәn iki ölkә münasibәtlәrini  vә Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ilә Baş nazir Binali Yıldırımın Rusiyalı hәmkarlarına  yazdıqları mәktubu ‘‘müsbәt hal’’  kimi qiymәtlәndirib. Zeybekçi Rusiyanın ‘‘üzür’’ tәlәbi ilә bağlı: ‘‘Türkiyә  üzür istәyәcәk heçbirşey etmәdi. Lakin tәyyarәnin vurulması vә sonra baş verәnlәr kәdәrlidir’’ deyib.

İran, İRNA: ‘‘Çavuşoğlu Myanmada görüşlәr keçirib’’

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu iki gün davam edәn sәfәrindәn sonra  keçirdiyi mәtbuat konfransında  Ankaranın  Myanmadakı yeni hökumәt  ilә problemlәrin  hәll edilmәsi vә Rohimgya  müsәlmanlarına  vәtәndaşlıq  hüququ  verilmәsi mәqsәdilә hәr növ yardıma hazır olduqlarını deyib.

Türkiyənin Myanmaya və xüsusən Arakana  humanitar yardımları davam etdirәcәyini qeyd edәn  Çavuşoğlu: "Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi  TİKA   ayrı-seçkilik etmәdәn   Arakandakı bütün layihələri dəstəkləyəcək" deyib. Türkiyənin yaşayış mәntәqәlәrinin  inşası  ilә әlaqәdar  fəaliyyətinə toxunan Çavuşoğlu Ankaranın bu mövzudakı təcrübələrini Myanma ilə bölüşməyə hazır olduğunu da vurğulayıb.

Krım, QHA: "Bu təşkilatlar  sizin müttəfiqinizi hədəf alır’’

 Türkiyәnin  Milli Müdafiə naziri Fikri Işık  NATO Müdafiə Nazirlərinin toplantısı üçün getdiyi Brüsseldə Amerika Birləşmiş Ştatlarının  Müdafiə naziri Aston Karter ilə görüşüb.  Suriya, İraq və terrorla mübarizə mәsәlәlәrinin müzakirә olunduğu  görüşdə Işık  El-Nusra, PKK, Əl-Qaidə, PYD,YPG, DHKP-C-nin  terror təşkilatı olduğunu vurğulayaraq bunları qeyd etdi: " ABŞ  PYD vә YPG –nin  PKK-nın  qolu olduğunu bilir.  Hәm  İraqda hәm dә  Suriyada terrorçu qrupların legitimlik qazanmasına imkan vermәmәliyik. Bu təşkilatlar, sizin müttəfiqinizi  hədəf alır. Müttəfiqlərimizin terror ilə mübarizədə bizimlə tam bir həmrəylik içində olmaları həqiqətən əhəmiyyət  daşıyır"

İngiltәrә,  Financial Times qəzeti: "İngiltərə 2019-cu ildә Aİ-nın tәrkibindәn  çıxır’’

Aİ-dan  çıxma tәrәfdarı olan  siyasətçilərdən parlament sədri Kris Grayling isə  xalq referendumda  çıxma qərarına sәs verәrsә  İngiltərənin 2019-cu ildәn  etibarilə Aİ-nın tәrkibindәn  tamamilə çıxacağını deyib. Grayling Aİ hakimlərinin İngiltərə hüququ üzərindəki rollarının dərhal məhdudlaşdırılacağını  həmçinin bu tarixdən əvvəl Aİ vətəndaşlarının sərbəst hərəkətinin qarşısını alacaq  hüquqi aktların həyata keçirilə biləcəyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr