Xarici mǝtbuat, 13.06.2016

Dünya mǝtbuatından xǝbǝrlǝr

509714
Xarici mǝtbuat, 13.06.2016

İngiltərə, BBC: "Yaşıl pasport sahibləri İngiltərəyə vizasız daxil olsun"

 İngiltərənin Ankaradakı Səfirliyinin Müşaviri Janet Duqlasın Aİ ilə Türkiyə arasındakı viza rejiminin lǝğinǝ dair müqavilǝyǝ yaşıl pasportu Türkiyə vətəndaşlarının da daxil edilməsini təklif edib. Duqlasın təklifi mayın 5-dǝ Londona göndərdiyi bir teleqramda yazılıb. Duqlas bildirib ki, Aİ ilə Türkiyə arasında qǝbul olunan vizanın lǝğivinǝ dair müqavilənin qüvvəyə minməsindən sonra İngiltərənin də mövqeyini nəzərdən keçirmǝlidir. Variantlardan biri xüsusi pasport sahibi Türk vətəndaşlarına yenidən vizasız səyahət ehtimalının qiymətləndirilməsi ola bilər. Bu, Türkiyəyə əhəmiyyətli bir jest olar.

 Almaniya, Deutsche Welle: "Almaniyanın Müdafiə naziri rǝsmi Ankaranı təriflǝyib”

Almaniyanın Müdafiə naziri Ursula von der Leyen, Welt am Sonntag qəzetinə verdiyi müsahibədə Türkiyəni təriflədi. Nazir Leyen Türkiyənin 3 milyondan çox suriyalı qaçqını qəbul etdiyini bildirərək, "Ölkəni bu baxımdan könüldən tǝqdir edirik”- deyib. Avropanın isə qaçqın böhranında səhv etdiyini qeyd edən Alman nazir, "Qaçqın böhranının vaxtı bizim üçün uyğun olmadı vǝ bizi sarsıtdı Bu, avropalılar olaraq bizim mǝsuliyyǝtimizdir.

 İran, Fars Xəbər Agentliyi: "Türkiyə İranın köhnǝ neftayırma zavodlarını yeniləmək istǝyir”

 Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybǝkçi İran ilə ticari münasibətlərə xüsusi önəm verdiklərini vurğuladı. Qərbin İrana tətbiq etdiyi sanksiyaların lǝğvindǝn sonra İranla ticarət əlaqələrini inkişaf etdirməyə diqqət yetirən Türkiyə bu ölkǝyǝ  5 ticarət müşaviri göndərir. İrana ticarət müşavirlərilǝ yanaşı 5 də yerli mütəxəssis göndərilib. Nazir İranın neft emalı zavodlarının texnoloji olaraq köhnəldiyinə diqqət çəkib və bunların yenilənməsində də vəzifə öhdǝlǝnmǝk istədiklərini ifadə edib.

 Qətər, Әl-Cǝzirǝ: "Qara dənizdə Ərəb turistlǝrin sayı artıb”

 Şərqi Qara dənizə Ərəb turist marağı son iki ildə sürətlə artıb. Xüsusilə Körfəz ölkələrindən gələn ǝrəblər başda Trabzonda olmaqla xeyli sayda mənzil satın alıb. Trabzon Bələdiyyə sədrinin mǝlumatına ǝsasǝn, Ərəb turistlərdən ötən il 1 milyard dollardan çox gəlir əldə edilib. Ərəb turistlǝrǝ görǝ yol lövhələrinə Ərəb dilində yer adları əlavə olunub. Bölgǝdǝ ǝrəb dilində kurslar açılır.



Әlaqәli Xәbәrlәr