Xarici mǝtbuat

Dünya mətbuatından xəbərlər

492675
Xarici mǝtbuat

AZƏRBAYCAN TREND NEW AGENCY: "Xarici işlər naziri Çavuşoğlu: Belə təzyiqləri qəbul etmərik"

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Aİ-nın terrorla bağlı qanuna dəyişiklik üçün təzyiqinin "terrora dəstək" mənasını verdiyini ifadə edərək, “Biz buna yol vermərik. Vurğulayaraq deyirəm ki, belə təzyiqləri qəbul etmərik” deyə bildirib.  Çavuşoğlu, Vyanada təşkil edilən "Liviya" mövzulu Xarici İşlər Nazirləri toplantısından sonra Türk qeyri-hökumət təşkilatları və iş adamları ilə axşam yeməyində bir araya gəlib. Çavuşoğlu, ikili standartlarını çox yaxşı bildiyi Aİ-nı səmimi olmağa dəvət edib, bəzi Aİ üzvlərinin, şərtləri qəbul etmədən tamhüquqlu üzv olduqlarını bildirib. Türkiyəsiz Aİ-nın qlobal gücü olmayacağını və iqtisadi problemlərini həll edə bilməyəcəyini ifadə edən Çavuşoğlu, "Aİ ilə viza məsələsini bir daha danışacağıq, yol xəritəsini təyin etmək lazımdır. Hər kəs verdiyi sözə əməl edəcək" deyə bildirib.

GÜRCİSTAN PİRVELİNEWS: "Khidaşeli -Yılmaz görüşməsi"

Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz ilə görüşdükdən sonra Gürcüstan Müdafiə naziri Tina Khidaşeli, Türkiyənin, Gürcüstanı NATO-ya üzv məsələsində şərtsiz dəstəkləyən bir ölkə olduğunu açıqlayıb. Tina Khidaşeli, Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz ilə Azərbaycanın Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində bir araya gəlib. Görüşdən sonra açıqlama verən Gürcüstan Müdafiə naziri, "Türkiyə Milli Müdafiə naziri ilə yaxın gələcəkdə keçirilməsi planlaşdırılan NATO Müdafiə Nazirləri konfransı haqqında danışdıq. Türkiyə, bizim NATO-ya üzv olmamıza şərtsiz dəstək verən bir ölkədir” deyə vurğulayıb.

ALMANİYA DW: "Dağlıq Qarabağda tam əhatəli atəşkəs üçün razılaşma"

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb. Liderlər, ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bir araya gəlib. Görüşdə Liderlər atəşkəs üçün razılaşma əldə ediblər. Bundan başqa atəşkəsə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən nəzarət edilməsi barəsində razılıq əldə olunub.

İNGİLTƏRƏ BBC: "Angelina Jolie Türkiyənin qaçqın siyasətini təriflədi"

Hollivud ulduzu Angelina Jolie Türkiyənin qaçqın böhranında böyük bir fədakarlıq göstərdiyini bildirib. Avropanın qlobal qaçqın probleminin yalnız kiçik bir hissəsini təşkil etdiyini vurğulayan Jolie "Dünyada 60 milyondan çox insan evlərindən çıxarılıb. Biz qərbdəkilər nə qaçqın böhranının mərkəzindəyik nə də fədəkarlıq nümayış etdiririk” deyə vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissiyasının xoşməramlı səfiri olan aktrisa  qaçqınlar üçün beynəlxalq humanitar sistemin çökdüyünü, ölkələrin özlərini qorumaq üçün mübarizə apardığını vurğulayıb. Angelina Jolie, Türkiyə, Pakistan, Livan, İran, Efiopiya və İordaniyanın qaçqın siyasətlərini tərifləyərək bu ölkələrin böyük bir fədakarlıq göstərdiyini bildirib.



Әlaqәli Xәbәrlәr