Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

478486
Xarici Mətbuat

KRIM TURKİSHNY XƏBƏR PORTALI: Ərdoğan Əliyev görüşündə "Bir Millət, İki Dövlət" vurğusu
 

 Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün gəldiyi Azərbaycanda Prezident İlham Əliyevlə görüşdü. Azərbaycan prezidentinin Zaqulbadakı iqamətgahında baş tutan görüşdə Ərdoğan və Əliyev iki ölkə arasındakı strateji tərəfdaşlığa söykənən dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən duyulan məmnuniyyəti dilə gətirdi. Ərdoğan və Əliyev, TANAP başda olmaqla, enerji sahəsindəki əməkdaşlığı gücləndirmək məsələsi ilə Dağlıq Qarabağdakı son prosesləri. də müzakirə edərək, "tbir millət, iki dövlət" prinsipini vurguladılar.
 
 

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ ALJAZEERA : BƏƏ Türkiyəyə səfir göndərir
 
 Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdulla Bin Zayed al Əl-Nahyanın dəvətilə Paytaxt Abu Dabiyə gələn Türkiyənin Xarici İşlər Naziri Çavuşoğlu yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırdı.

 Səfərin Türkiyə-BƏƏ münasibətləri baxımından " dönüş nöqtəsi" olduğunu və "yeni bir səhifə açdıqlarını" dilə gətirən Çavuşoğlu, "Bundan sonrakı prosesdə münasibətlərimizi hər sahədə inkişaf etdirmək üçün razılaşdıq” dedi. Səfərin hər çəhətdən son dərəcə faydalı olduğunu bildirən Çavuşoğlu, BƏƏ-nin Ankara Səfirinin mayın 7-də  vəzifəsinin icrasına başlayacağını" dedi.

 

 ALMANYA,DPA. KAUDER: Ankara ilə əməkdaşlıq mühümdür
 
 Xristian Demokrat Birlik Partiyasının (CDU) Məclis Qrup Rəhbəri Volker Kauder qaçqın böhranında Türkiyə ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı. CDU siyasətçisi Almaniyanın ZDF kanalının "Morgenmagazin" adlı proqramında  Ankaranın insanların Avropaya qaçmağa davam edib- etməyəcəkləri məsələsinin həlledicisi olduğunu vurğuladı.

 

 ÇİN CRİ ONLİNE :TSK artilleriya atəşi ilə Suriyada 8 DEAŞ terrorçusunu qətlə yetirdi
 
 Kilis sərhəd xəttində yerləşdirilmiş Türk topçu birliyi DEAŞ-a aid raket başlığını vurdu. Fırtına haubitsalarından edilən atəş nəticəsində 8 terrorçunun öldüyü bildirildi. Pilotsuz uçan aparatlar Suriya tərəfində Kilsiə 21 kilometr uzaqlıqda yerləşən Hələbin şimalındakı Cakkada, DEAŞA aid bir raket başlığı və onun  Türkiyəyə istiqmətləndirilərək atəşə hazırlandığı müəyyənləşdirildi. Pilotuz uçan hava aparatlarının  müəyyənləşdirdiyi koordinatlara intensiv atəş açıldı və raket başlığı məhv edildi. Türkiyənin Kilis şəhəri hər gün Suriya tərəfindən raket atəşinə məruz qalırdı və bu atəşlər nəticəsində bu günədək 17 nəfər həlka olub.



Әlaqәli Xәbәrlәr