Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

474718
Xarici Mətbuat

TÜRK-Amerika İnternet Portalı,türkishny ": Baş Nazirin müavini Şimşək Nyu-Cersidǝ yaşayan Türkləri ziyarət edib"

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yığıncağında iştirak etmək üçün ABŞ-a səfər edən iqtisadi mǝsǝlǝlǝr üzrǝ Baş nazir köməkçisi Mehmet Şimşək, Nyu-Cersidə Türk cəmiyyəti ilə bir araya gelib.Vaşinqtondaki böyük yirmilər yığıncağından sonra aprelin 18-də Nyu-Yorka gedən Baş nazirin müavini Məhməd Şimşək burada yaşayan Türklərlə görüşüb. Baş nazirin müavini Şimşəki Ədalət və İnkişaf Partiyasının Qaziantep vilayǝtindǝn mǝsul rəhbəri Məmməd Əyyub Özkeçeci, Fernas Holdinq İdarə heyətinin üzvü Fərhad Nasiroğlu, TURSAB İdarə heyətinin üzvü Davud Günaydın və Baş nazir müavini baş məsləhətçisi Süleyman Şemdinoğlu müşayiət edib.

RUSİYA, Rusiyanın Səsi Radiosu : "Avropa Komissiyasından Türkiyəyə əlavə miqrant yardımı"

Avropa Komissiyası miqrantlar üçün Türkiyəyə 110 milyon avroluq əlavə yardım edəcək. Komissiya Ankara ilə Brüssel arasındakı razılaşma çərçivəsində Türkiyəyə geri göndərilən qaçqınların ərzaq, səhiyyə və məskunlaşma xərcləri üçün 60 milyon avro yardım ediləcəyini bildirib. Bundan başqa Avropa Komissiyasının hazırda Türkiyədə olan miqrantların təcili ehtiyacları üçün də 50 milyon avroluq əlavə dəstək verəcəyi qeyd edilib.

Qǝrargahı Fransada yerlǝşǝn Beynəlxalq Xəbər Kanalı Euronews: “Papa miqrantlardan əfv istədi"

Türkiye və Aİ arasında əldə olunan razılaşmanın qüvvəyǝ minməsindən sonra Әgǝ dǝnizindǝn Yunanıstana keçmək istəyən qaçqınların sayı azalaraq gündǝ orta hesabla 100-dǝn aşağı düşüb. Qaçqınlarla həmrəylik nümayiş etdirmək və miqrasiya böhranına diqqətini çəkmək məqsədilə ötən şənbə günü Midilli Adasına səfərindən qayıdarkən 3 ailədən ibarət 12 suriyalı Müsəlman qaçqını da yanında gətirən Katolik aləminin ruhani lideri Papa Frensis qaçqınlardan əfv istəyib və miqrantlara qarşı həyata keçirilən siyasətləri tənqid edib.

Qətər, Əl-Cəzirə: “Fənərbaxça yarım finalda"

“Fәnәrbaxça"nın kişilәrdǝn ibarət basketbol komandası THY Avropa Liqasının play-off mәrhәlәsinin 1/4 final matçında “Real Madrid" komandasını səfərdə 75- 63 məğlub edərək seriyasını 3-0-a gətirərək yarım finala yüksəlib.

“Fǝnǝrbaxça" daha öncə baş tutan oyunlarda rәqibini 75-69 vә 100-78 hesabı ilә mәğlub edə bilmişdi.

“Fənərbaxça"nın yarım finaldakı rəqibi son çempion Real Madridi məğlub edən Yunanıstanın Panathinaikos komandasıdır.

Qeyd edək ki, yarım final oyunları 13-15 may tarixində Almaniyanın paytaxtı Berlində keçiriləcək.



Әlaqәli Xәbәrlәr