Xarici mǝtbuat

Dünya mǝtbuatından xǝbǝrlǝr

470304
Xarici mǝtbuat

Fransa, “AFP ": “İslam Əməkdaşlıq Təşkilatının Gündəliyi"

İslam Əməkdaşlıq Təşkilatının 57 üzvünün nümayəndələri Suriya və Yəməndəki qarşıdurmaların davam etməsi və Türkiyədə daxil olmaqla xeyli sayda Müsəlman ölkənin qarşı-qarşı qaldığı terror aktları ilə bağlı bir araya gəlir.

İslam Əməkdaşlıq Təşkilatının 13-ci iclası bir çox ölkənin yüksək vəzifəli səlahiyyətli şəxslərinin iştirakı ilə başlayıb. Cümə axşamı və cümə günü isə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək sammitdə 30-dək ölkənin dövlət və hökumət başçısı iştirak edəcək.

Səudiyə Ərəbistanı Kralı Selmanın da qatılacağı sammit yüksək səviyyəli təhlükəsizlik tədbirləri altında İstanbulun mərkəzində keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatından verilən məlumata görə sammitdə Fələstin məsələsi haqqında bir qərar qəbul ediləcək və "birgə siyasi proses"in başladılması ilə əlaqədar beynəlxalq səylər dəstəklənəcək.

ABŞ, “Defense News" Həftəlik Xəbər, Siyasət, Müdafiə Texnologiyaları və Sənaye Jurnalı: “Türkiyǝ Kosmos Agentliyi yaradacaq"

Baş Nazir Əhməd Davudoğlu Türk Kosmos Agentliyinin üç ay ərzində rəsmən yaradılacağını deyib. Agentlik Türkiyənin kosmos və hava-kosmik layihələrinin koordinasiyası ilə maraqlanacaq və Ankaranın Qazan qəsəbəsində fəaliyyətə başlayacaq. Verilən məlumatda kosmos agentliyi peyk texnologiyası, peyk fırlatma sistemləri, kosmos stansiyaları və araşdırması üzərində fəaliyyət göstǝrǝcǝk. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım bu layihənin Silahlı Qüvvələrinin Baş Qərargahı, Müdafiə Nazirliyi və Elm, Sənaye və Texnologiya Nazirliyinin birgə çalışması olduğunu dilə gətirdi.

ABŞ, “VOA" : “BVF Türkiyǝnin iqtisadi inkişaf gözlǝntisini qaldırdı"

Beynəlxalq Valyuta Fondu (BVF) bu gün açıqladığı Dünya İqtisadi perspektivlər hesabatında Türkiyənin iqtisadı artım ilə əlaqədar gözləntisini yüksəltib. BVF ildə iki dəfə hazırladığı dünya iqtisadi perspektivlər hesabatının ilk hissəsini bu həftə Vaşinqtonda başlayacaq. Yeni hesabatda həm dünya iqtisadiyyatı həm də Türkiyəyə dair iqtisadi artım gözləntilərinǝ dair mǝlumat yer tutub. BVF-nun hesabatında qobal iqtisadi inkişafı proqnozlarını aşağı salıb, Türkiyənin 2016-cı ildə isə inkişaf porqnozunu yüksəldib.Hesabatdabu il üçün 3.8 faizlik iqtisadi artımporqnozlaşdırılır, gələcək il üçün iqtisadi artım isǝ 3.4 faiz olacaq.



Әlaqәli Xәbәrlәr