Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

469517
Xarici mәtbuat

Rusiya TASS agentliyi: "Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın jurnalistlərə verdiyi açıqlamada, Türkiyə ilə İsrail arasındaki münasibәtlәrin normallaşması üçün hələ konkret razılığa gәlinmәdiyini deyib.

Kalın: '' Türkiyә әvvәlcәdәn sәrhәdlәri müәyyәn etmişdi. Üzr istәnilib (Mavi Mәrmәrә gәmisinә tәşkil edilәn әmәliyyat üçün'' tәzminat mәsәlәsindә dә razılığa gәlinib. Ancaq Qәzzada normal hәyat şәraitinin tәmin edilmәsindә israrlıyıq. 49 illik Fәlәstin işğali sona çatmalıdır'' deyә bildirib.

Kalın iki ölkә arasında Qәzza işğalının sona çatdırılması ilә bağlı danışıqların davam etdiyini bildirib.

Kalın, "Bu məsələ həll edildiyi zaman yekun razılığa gələcəyik. Bir neçə həftə ərzində bir sıra görüş daha hәyata keçirilәcәk" deyib.

Qətər, Əl-Jazeera: "Türkiyə Suriyaya biganə qala bilməz"

Baş nazirin müavini və hökumət nümayәndәsi Numan Kurtulmuş Suriyada baş verәn bütün proseslərin Türkiyəni maraqlandırdığını çünki Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədinin olduğunu deyib.

Kurtulmuş: '' Yüzlәrlә ildir ki, Suriyada Türkmənlər, әrəblər, nuseyrilər, sünnilər bә kürdlər bәrabәr yaşayırlar. Qiyamətə qədər də yaşasınlar amma sülh şəraitində. Heç kimsә Suriyanın içərisində baş verәn siyasi boşluqlardan istifadə edərək öz xeyrinə, digərlərininsә əleyhinə siyasət formalaşdırmağa çalışmasın. Bizim həssas olduğumuz nöqtə budur'' deyib.

Almaniya, Frankfurter Allgemeine Zeitung qəzeti: " İstanbul gələcəyin mülki hava nəqliyyatının paytaxtı olmağa namizəddir''

Ötәn il İstanbulun Atatürk Hava Limanı Almaniyanın Frankfurt hava limanın uzun müddət tutduğu dünyanın әn böyük üçüncü hava limanı mövqeyini әlindәn aldı.

İstanbul Atatürk Hava Limanından keçən il 61 milyon sərnişin keçib. Dünyanın әn böyük yeni hava limanı açıldıqdan sonra bu yüku bölüşәcәk.

Üç terminal, altı eniş meydançası ilә yeni hava limanının ildə 160 milyon sərnişin tutumuna çatması gözlәnilir. İstanbul gələcəyin mülki hava nəqliyyatının paytaxtı olmağa namizəddir.

ABŞ, Voice of Amerika: "ABŞ müsəlmanların da vətənidir"

ABŞ Daxili Təhlükəsizlik naziri Jeh Conson, terror təhdidi məsələsində müsəlman cəmiyyətdən dəstək gördüklərini bildirib. Conson: ''Amerikada yaşayan müsəlmanlar son dәrәcә vәtәnpәrvәr insanlardır. Amerikanı sevirlәr və dövlət təhlükəsizliyini təmin etmək üçün bizə kömək etmək istəyirlər. Çünki Amerika onların da vətənidir'' deyib. Conson Daxili Təhlükəsizlik Nazirliyinin terrora qarşı mübarizə səylərinin Amerikalı müsəlmanları hədəf aldığı tənqidlərini rədd edib.



Әlaqәli Xәbәrlәr