Xarici mǝtbuat 07.04.2016

ABŞ, Associated Press agentliyi: “Egey dənizi immiqrant qəbiristanlığı olmayacaq”

466420
Xarici mǝtbuat  07.04.2016

Türkiyə ilə Avropa İttifaqı arasında sığınacaq axtaran şəxslər haqqında razılaşma tətbiq olunmağa başlayıb. Müqavilə çərçivəsində mart ayının 20-dən etibarən Yunanıstana gələn immiqrantlar sığınacaq verilmədiyi təqdirdə Türkiyəyə göndəriləcək. Geri göndərilən hər bir suriyalı üçün də Avropa Türkiyədən bir suriyalı qaçqın alacaq. Baş nazir Əhməd Davudoğlu müzakirə mövzusu olan yeni siyasətin qeyri-qanuni miqrasiya məsələsinin qarşının alınmasında əhəmiyyətli rol oynayacağını vurğulayaraq layihəni “Egey dənizinin immiqrant qəbiristanlığı olmasının qarşısını alacaq" kimi dəyərləndirib.

Qǝtǝr, Al Jazeera İnternet Saytı: “Azərbaycan-Ermənistan qarşıdurması böyüyərsə Rusiya itirər"

Qafqaz məsələləri üzrə mütəxəssis Əli Faik Dəmirin fikirlərinə görə Qarabağ probleminin həll edilməsi Azərbaycan və Ermənistanı qərbə yaxınlaşdıracaq və Rusiyaya özlərini məcbur hiss etməyəcəklər. Buna görə də Rusiya problemin həll olunmamış qalmasının, lakin qarşıdurmaların da böyüməməsinin tərəfdarıdır. Qarşıdurma böyüyərsə, Rusiyanın Şimali Qafqazdakı maraqları da təhlükə altında qala bilər. Bu səbəbdən Rusiyanın problemin həllində Azərbaycanla yaxın bağları olan Türkiyə ilə dialoq qurması lazımdır.

İran, Moj xəbər agentliyi: “Türkiyə-İran-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü"

Türkiyə-İran-Azərbaycan xarici işlər nazirlərinin İranın Ramsar şəhərində üçtərəfli formatda görüşündə bundan əvvəl alınan qərarlar və onların icrasına nail olmaq üçün daimi strateji komitənin yaradılmasına qərar verilib. Digər tərəfdən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə edilib. Görüşdə xüsusilə İstanbulda baş tutacaq İslam Əməkdaşlıq Təşkilatı Zirvə toplantısı ərəfəsində İslam ölkələri arasında ittifaqın yaradılması, bölgədə atəşkəsin təmin edilməsi və Dağlıq Qarabağ kimi problemlərin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin əhəmiyyəti vurğulanıb.

Almaniya, Deutsche Welle xəbər agentliyi: “Almaniyada təhqir istintaqı"

Mainz Prokurorluğu prezident Rəcəb Tayyib Ərdoğan haqqında oxuduğu şeirdə təhqir sayıla biləcək ifadələr olduğu iddiasıyla alman komediya ifaçısı Jan Böhmermann haqqında istintaq başladıb. İstintaq “xarici dövlətlərin nümayəndələri və ya orqanları haqqında təhqir" iddiası ilə başladılıb. Alman Cinayət Məcəlləsinin 103-cü maddəsi əcnəbi dövlətin vətəndaşlarını təhqir etmə çərçivəsində 3 il həbs cəzası nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr