Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

460462
Xarici mәtbuat

ABŞ, Associated Press xəbər agentliyi: "Terrorla mübarizədə Türkiyənin səylərini görməyənlər utanmalıdır"

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Brüsseldəki hücumları həyata keçirən DAEŞ üzvü terrorçu mövzusunda Belçikaya əvvəlcədən xəbərdarlıq edən Türkiyənin terrorla mübarizədəki mövqeyinin təqdirə layiq olduğunu vurğulayıb.

Çelik: '' Terrorçunu tutduq, Suriyaya sәrhәdini keçməsinә icazә vermәdik, deportasiya etdik və Belçika ilə Hollandiyanı hәmin şәxsin terrorçu olduğu barәdә xəbərdar etdik. Türkiyədәn mәsәlә ilә bağlı daha çox mәlumat istәyә bilәrdilәr mövzuya hassaslıqla yanaşa bilәrdilәr'' deyib. Hollandiyalı rәsmilәr bu şәxsin terrorla әlaqәsini müәyyәn edә bilmәmişdi vә azad etmişdi.

İtaliya, Internazionale qəzeti: "Türkiyə və Aİ arasında әldә olunan qaçqın müqaviləsi ilә miqrantların dәnizlәrdә boğularaq ölmәsinә son qoyuldu. Türkiyə sayəsində Avropa İttifaqı miqrantların qəbul olunmasından tәrәf olan Almaniya vә az ya da çox buna qarşı olan digər 27 ölkə ilә gərginlik yaradan problemi hәll etdi.

Türkiyə ilə ә​ldә olunan müqavilə iqtisadi və siyasi bir fəlakətin qarşısını aldı.

80 milyon Türkün üç milyon qaçqını qəbul etdiyi üçün beş yüz milyon Avropalının iki milyon qaçqını qәbul etmәsi onlara böyük problem yaratmazdı.

İspaniya, Əl Periodico qəzeti: "Avropa qaçqınların hüquqları məsələsində özünü mühakimə etsin"

Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon Türkiyənin qaçqınların dinini və ya etnik mənşəyini mühakimə etmədən hamısını qəbul etdiyini deyib.

Önhon bunun əksinə Avropada bir çox dövlət ''200 nəfər qəbul edirik ancaq xristian olmaları lazımdır deyərək onları qәbul etmәdi'' deyib. Türkiyədə qaçqınlara qarşı heç bir hücum olmadığını da vurğulayan Önhon: ''Avropada isə qaçqınlara qarşı yürüşlәri, evlərinin yandırılmasını və avtobuslarına tәşkil edilən hücumları gördük'' deyib.

Norveç, ''Dagens Nringsliv'' gündəlik iqtisadiyyat qəzeti: "Mənzil bazarının ulduzu Türkiyə"

Qlobal mənzil qiymətləri ilə bağlı bir hesabat 2015-ci ildə ən çox böyüyən bazarın Türkiyə mənzil bazarı olduğunu göstərir. Hesabata əsasən mənzil qiymətlərindəki artımın ən böyük səbəblərindən biri Türkiyənin iqtisadi böyüməsidir. Türkiyədə mənzil bazarı 2015-ci ildә 14.32 % böyüyüb.



Әlaqәli Xәbәrlәr