Xarici mətbuat, 25.03.2016

Türkiyənin təslim etdiyi terrorçunu sərbəst buraxmaq böyük bir səhv idi

458378
Xarici mətbuat, 25.03.2016

Çin, "Huanqiu Shibao" qəzeti: "Türkiyə ilə Pakistan arasında saziş imzalandı"

Türkiyə ilə Pakistan bir neçə müqavilə imzalayaraq iki ölkə arasında sərbəst ticarət sazişlərinə rəsmi olaraq start verdilər. İki ölkə mal və xidmət ticarəti, fikri mülkiyyət haqqı, rəqabət şərtləri və ticari ixtilafların həlli mexanizmi mövzuları üzərində müzakirələr aparacaq. Türkiyə İqtisadi naziri Mustafa Elitaş bildirib ki, “Türkiyə son vaxtlar Pakistanda enerji, əmlak, nəqliyyat və tibb kimi sahələrə vacib sərmayələr qoyaraq iki ölkənin ticarət əlaqələrini genişləndirmək fikrindədir”.

Yunanıstan, “Tribune” Müstəqil Media Agentliyi: "Qərb ölkələrinin səhvi terror hadisələrini artırıb"

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə və Avropada terror hadisələrinin artma səbəbini Qərbin Suriya mövzusunda düzgün siyasət yürütməməsində görür. Davudoğlu deyib: “Avropada çox ciddi siyasi dəyişiklik getməlidir. Əgər Avropa Türkiyə ilə terrorla mübarizədə ortaq hərəkət etməsə, PKK və DEAŞ bu bölgələrdə daha çox bomba partladacaq. Rəsmi Ankara Qərbi Suriyada DEAŞ-la mübarizədə terror təşkilatı PYD-yə kömək etməkdə və Avropada PKK ilə yetərli mübarizə aparmamaqda qınamışdı”.

ABŞ, "Arianna Huffington", Liberal Xəbər Saytı: “Mən Türkiyəyəm” ("Je Suis Turkey”)

Türkiyə iyun ayından bu yana 6 bomba hücumuna məruz qalıb. Bu hücumlarda “Charlie Hebdo” hadisəsindən daha çox insan həlak olub. Amma biz hələ də Türkiyə kimi ola bilmirik. Heç kim Türkiyədəki terror hücumlarından danışmır. Heç kim Türkiyədəki məsum insanların öldürülməsi ilə bağlı reaksiya bildirmir. Heç bir dünya lideri birlik adına Türkiyə küçələrində gəzmək istəmir. “Facebook” istifadəçilərinin profil şəkillərində Türkiyə bayrağının istifadəsinə etiraz etdi. Halbuki türk-müsəlman dostlarımızla birlik içində və onların yanında olmalıyıq. Bu səbəbdən də “Mən Türkiyəyəm” - "Je Suis Turkey!"

Fransa, “Euronews” beynəlxalq xəbər agentliyi: "Türkiyənin təslim etdiyi terrorçunu sərbəst buraxmaq böyük bir səhv idi"

İsrail Kəşfiyyat və İnformasiya naziri İsrael Katz deyib: “Belçikalılar həyatlarını keflə yaşayıb və demokratik görünməyə davam etdikləri təqdirdə terrorla mübarizə apara bilməzlər. Terrora göz yumaraq şokolad yeməyə davam etməklə bu problemi həll etmək olmaz”. İsrail Terrorla Mübarizə İdarəsinin rəisi Yoram Şveitzer isə deyib: “Brüsseldə bomba partladan şəxs Türkiyə tərəfindən Avropaya təslim edilib. Lakin terrorçu Avropada sərbəst gəzib. Demək, bu şəxsin terrorçu olması şübhəsi var idi. Türkiyə təfərindən təslim ediləndən sonra bu cür şəxslərin sərbəst buraxılması ağılsızlıq idi”.



Әlaqәli Xәbәrlәr