Dünya mətbuatı

Dünya mediasından xəbərlər

456594
Dünya mətbuatı

Rusiya, "Ria Novosti": "Ərdoğandan BM Təhlükəsizlik Şurasına səslənib"

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına müraciət edərək, üzv ölkələrin sayının 20-yə çıxarılması və daimi üzvlüyü ləğv etmək şərtilə Təhlükəsizlik Şurasında islahatlar həyata keçirilməsi üçün çağırış edib. BM Təhlükəsizlik Şurasında Rusiya, İngiltərə, Fransa, ABŞ və Çinin üzvlüyünü qeyd edən Ərdoğan bildirib ki, Təhlükəsizlik Şurasında Afrika və Cənubi Amerikanın üzvlüyü yoxdur. Bu 5 üzv arasında Müsəlman ölkələrlə yanaşı Budistləri təmsil edən şəxs də mövcud deyil. BM Təhlükəsizlik Şurasında 196 ölkənin hamısı təmsil edilməlidir.

Fransa, "AFP": "Avropa İttifaqının dürüstlüyü və səmimiyyəti haradadır?" Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Avropa ittifaqının PKK terror təşkilatına qarşı mübarizəsinə şübhə ilə yanaşdığını bildirib. Ərdoğan Brüsseldə PKK terror təşkilatının qurduğu çadırda qondarma bayraq asmasına Belçika hökümətinin səssis qalması səbəbilə sərt reaksiya bildirib. Ölkə başçısı qeyd edib ki, PKK-nı terror təşkilatı olaraq qələmə verən Aİ necə olur ki, bu məsələyə göz yumur? Bəs səmimiyyətiniz, dürüstlüyünüz harda qaldı? Bu iki üzlülükdür.

Qətər, "Əl-Cəzirə Türk Xəbər veb səhifəsi": "Aİ Türklərin bura gəlməsindən qorxmur" Avropa Şurasının hazırladığı hesabata əsasən, Türklərin vizasız Avropaya girişi Avropa İttifaqına heç cür mənfi təsir göstərməyəcək. Əksinə viza sərbəstliyi ilə əlaqədər Türkiyə-Aİ arasındakı geri dönüş mərhələsində, Aİ-na gələn digər ölkələrdəki miqrantların yoxlanılması daha rahat olacaq. Avropa Şurası iş hesabatına əsasən, Türklər əvvəlki kimi Avropaya getmək həvəsində deyil. Hətta Avropaya köçən ailələrin bəziləri Türkiyəyə geri qayıtmağa başlayıb.

ABŞ, "Türkiyə-Amerika xəbər agentliyi:" "Vaşinqtonda Əhməd Özhan Konserti və "Səma" (Mövləvi) nümayişi" Türkiyənin Vaşinqton Səfirliyi və Baş Nazirlik Reklam Fondu tərəfindən təşkil olunan Əhməd Özhan konserti bazar günü aprel ayının 10-da Vaşinqtonda baş tutacaq. Pulsuz təşkil olunacaq konsertə dəvətnamə almaq üçün https://www.eventbrite.com veb saytına daxil olaraq qeydiyyatdan keçməyiniz kafi olacaq. "Səma", Mövləvi dərvişlərinin ney sədaları altında iki qolunu açaraq dönüb rəqs etmə ayinidir.



Әlaqәli Xәbәrlәr