Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

455982
Xarici mətbuat

İran, IRNA: "DEAŞ ortaq təhlükədir"

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Türkiyə ilə İran arasındakı münasibәtlәrin inkişaf etdirilməsinin yalnız iki ölkənin mənafeyinə deyil eyni zamanda bölgədə sülh və sabitliyə xidmət edəcəyini söyləyib. Ərdoğan, “Qərb, İslam dünyasının zəifliyinə çalışır və Türkiyə ilə İranın bölgədə davam edən problemlərin həlli istiqamәtindә ciddi öhdәliklәri var'' deyib. DEAŞ-ın Türkiyə və bölgə üçün ortaq bir təhlükə olduğunu vurğulayan Ərdoğan, “Regiondakı bütün böhranların həllində İran ilə məsləhətləşmək bizim üçün əhəmiyyətlidir." deyib.

Özbəkistan, Qalampir: "Rusiya Türkiyənin düşməni deyil"

İstanbulda təşkil edilən Orta Asiya Forumunun açılışında çıxış edən Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək, Rusiya ilə Türkiyə arasındakı əlaqələrdə baş verәn böhranın Orta Asiya ölkələrinə təsir etməyəcəyini söyləyib. Şimşək, “Biz Rusiyanı bir düşmən olaraq görmürük. Rusiya qonşumuzdur və qonşuluq əlaqələrimizin davam etməsini istəyirik." deyə vurğulayıb. Fevralın 17-dә Türkiyənin paytaxtı Ankarada baş verən terror hücumunda həyatını itirənlərin ailələrinə bir çox ölkələrlə yanaşı Rusiya hökuməti də başsağlığı vermişdi.

Almaniya, Deutsche Welle: "AB Türkiyəyə möhtac qaldı"

DW-in redaktoru Bernd Riegert, Aİ-nın qaçqınların Avropaya yolunu bağlamasının öyünüləcək bir hərəkət olmadığnı yazıb. Riegert Türkiyə ilə Aİ arasında qaçqınlar mövzusunda əldə olunan razılıq ilә әlaqәdar Avropa İttifaqının böhranı həll edə bilmədiyi üçün Türkiyə ilə razılığa gəldiyini qeyd edib. Qaçqın və köçkünlərin aqibəti haqda düşünülmür. Riegert, “Avropalı liderlər mərhəmətsizcəsinə insani duyğuları satmağa cəhd edirlər, bu ikiüzlülükdür'' deyə vurğulayıb.

ABŞ, Voice of Amerika: "Qaçqınlar zorla geri qaytarılır"

''Brüsseldə martın 18-də Türkiyə və Avropa İttifaqı arasında qaçqın probleminə dair 9 maddəlik mətn çərçivəsində Türkiyə və Yunanıstan arasında ikitərəfli razılaşma әldә olunacaq. Bunun beynəlxalq hüquq baxımından bir mətn olmayacağı müşahidə edilir. Bu səbəbdən qanuni mühacirət etmə haqqının çətinliyi gündəmdəki yerini qoruyur. İkili və ya beynəlxalq səviyyədə hər hansı bir qanuni anlaşma olmadan Yunanıstana çatan qaçqınların Aİ üzvü olmayan Türkiyəyə geri qaytarılması tәqdirdә etiraq haqqları ola bilәr'' deyilib.



Әlaqәli Xәbәrlәr