Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

451272
Xarici mәtbuat

İngiltәrә, ''Independent'': "Türkiyə daxilindəki düşmənlərlə üzləşir''

Laura Pitelin xәbәrindә Türkiyәnin әhәmiyyәtli problemlə qarşı-qarşıya olduğu bildirilir. “Independent" bu problemi "müasir və tolerant cəmiyyətin daim hücumların hәdәfindә'' kimi dәyәrlәndirib. Qəzet Türkiyənin təxminən 2 milyon 700 min suriyalıya ev sahibliyi etdiyini vә terror təşkilatı PKK ilə hәll prosesinin sona çatdığını xatırladır oxucularına.

Almaniya, “Stuttgarter Zeitung": Almaniya üçün Alternativ partiya AFD-nin seçkidә әldә etdiyi uğurla bağlı şərhində bu məqamları qeyd edir:

Almaniya sərhədlərinin xaricində populist hərəkətlərə qarşı nələrin təsirli olmadığını müşahidə etmək mümkündür. Kontekstual parçalamalarla bu iş olmaz. AFD hitlervari bir hakimiyyət üçün sәy göstәrәn nasistlərdən ibarət deyil. Ancaq orta təbəqənin narahatlığını nəzərə alan bir siyasət sülh yolu ola bilәr. Bu mәsәlә ilә bağlı Merkel, Qabriel, Kretsçmәn kimi siyasətçilər hərəkətə keçməlidir.

Rusiya, “Sputniknews" internet saytı:

Rusiya prezidenti Vladimir Putin Suriyadakı Rusiya hava qüvvələrinin çərşənbə günündən etibarən geri çəkilməsi barədə əmr verib. Amma Hmeymim hәrbi hava və Tartus dəniz bazalarındakı rus әsgәrlәri burada qalacaq, atəşkəsi rejiminә nəzarətә davam edәcәk. Əsgərlərin hamısının geri çəkilməsi üçün hazırda müəyyən bir tarix tәyin olunmayıb.

İran, IRNA:

İran-Türkiyə arasında sәrnişin qatar sәfәrlәri yenidən başlayır. İran Dəmir Yolu Şirkətinin sərnişin məsələləri üzrə müavini Rəşidi İran-Türkiyə qatar sәfәrlәrinin təhlükəsizlik problemi sәbәbindәn dayandırıldığını bildirib.

Rәşidi Türkiyə Baş naziri və Nəqliyyat nazirinin Tehrana etdiyi son səfərlərində müzakirә edilәn vacib məsələlərdən birinin dә İran-Türkiyə arasındakı birbaşa sərnişin qatar səfərlərinin yenidən başlaması olduğunu deyib. Rəşidi Tehran-İstanbul sərnişin qatar səfərlərinin yenidən başlayacağını söylәyib.



Әlaqәli Xәbәrlәr