Dünya Mǝtbuatı

Xarici mǝtbuatdan xǝbǝrlǝr

445963
Dünya Mǝtbuatı

Almaniya, Bild gəzeti:

"Müxtəlif böhranların həll ilə əlaqədər görüşlər davam edir, lakin Avropa ölkələri miqrant probleminə hələ də çarə tapa bilmirlər. Ortaq məxrəcə gəldikləri tək mövu isə ortaq məxrəci tapa bilməmələridir. Aİ ilə Türkiyə arasında baş tutan bu görüşlərdə az da olsa addımlar atılır. Əgər Türkiyə “NATO"nun yardımı ilə Avropaya olan köçün qarşısını alıb, köç haqqı olmayanları geri göndərsə iclasların bir nəticəsi olacaq. Müharibədən əvvəl Türkiyəyə gələnlər ilk geri göndərilənlər olacaq. Bu görüşlər Aİ-nin bir zəifliyini ortaya çıxardır. Türkiyə istəsə gələn miqrantları həm saxlaya həm də göndərə bilər. Brüssel və İttifaq ölkələri Türkiyədən asılıdırlar. Dünyada özünü lider kimi göstərən Aİ-nın Türkiyəyə möhtac olması, miqrant problemində son nöqtə kimi görünür."

İngiltərə, İndependent gəzeti

Qəzet bu gün Avropa və Türkiyə arasında baş tutan zirvə görüşündən yazıb: "Türkiyə ilə Avropa İttifaqı arasındakı müqavilənin miqrantların Avropaya olan axınını dayandıracağını düşünmək səhv olardı.

Donald Tusk öz çıxışlarında qaçaq miqrantlarla mübarizə üsulundan danışıb. O qeyd edib ki, Avropa İttifaqının 3 milyon avroluq yardımına baxmayaraq minlərlə insanın Əgə dənizi üzərindən gəlməsi, mövcud olan bu yeni fikirin daha yaxşı bir nəticə verə biləcəyinə inanırsınızmı? Qəzet öz yazısında qeyd edib ki, burda həll olunması vacib olan məsələ insan qaçaqmalçıları ilə mübarizə aparmaqdır.

Euronews, internet saytı:

"Türkiyənin Baş naziri Əhməd Davudoğlu zirvə görüşü üçün getdiyi Brüsseldə dünən axşam Almaniya kansleri Angela Merkel və Aİ-nın növbəti dövr sədirliyini icra edən Mark Rutte ilə görüşüb. Görüşdə Türkiyədən Avropaya icazəsiz keçişin qarşısının alınması və insan qaçaqmalçılığı ilə mübarizə mövzusunda qarşılıqlı söhbətlər baş tutub.

İRNA xəbər agentliyi:

İran Sənaye, Ticarət, Mədən və Kənd Təsərrüfatı palatasının sədri Mohsen Celalpur İran və Türkiyə torpaqlarında ortaq istehsal mövzusunda birgə işləməyi təklif edib. Celalpur qeyd edib ki, İrana yalnız nəsə satılacaq ölkə kimi baxmaq düzgün deyil. İki ölkənin mənfəətlərini nəzərə alaraq hər sahədə əlaqələrin gücləndirilməsi və investisiya qoyulması vacibdir.



Әlaqәli Xәbәrlәr