Dünya Mətbuatı

Gündəm xarici media vasitələrində:

435733
Dünya Mətbuatı

İngiltərə, Reuters: "Türkiyə sərhədinin Suriya tərəfindəki bir zolağında təhlükəsizlik tədbirləri görmək istəyir"

Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan Türkiyənin bölgənin demoqrafik durumunu dəyişmək cəhdlərinin qarşısını almaq məqsədi ilə sərhədin Suriya tərəfindən içəri doğru, Azez də daxil olmaqla10 km genişliyə malik bir zolağının təhlükəsizliyini təmin etmək istədiyini söylədi. Akdoğan" A Xəbər" kanalına verdiyi müsahibədə: "Demoqrafik strukturu dəyişdirmək məqsədi güdən bir oyun oynanılır" dedi. Azez Suriyanın Hələb şəhərinin şimalında son üsyankar qaladır. Azezə son günlərdə intensif hücumlar olur. Amma Türkiyə tərəfindən qəsəbənin kürd YPG qüvvələrinin əlinə keçməsinə yol verilməyəcəyi açıqlandı.

Rusiya, Sputnik: "Aİ-dən Türkiyə ilə bağlı Xüsusi Sammit Açıqlaması"

Avrropa İttifaqı Şurasının Sədri Donald Tusk Aİ və Türkiyə arasında martın əvvəlində qaçqın böhranı ilə bağlı xüsusi görüş planlaşdırdırıldığını açıqladı. Almaniya Baş Naziri Merkel də sammitin martın 5-i, və ya 7-də keçirilə biləcəyini söylədi. Qaçqın böhranı, İngiltərənin Aİ-dəki gələcəyi, Suriya və Liviya gündəmi ilə dünən başlayan Aİ Liderlər Sammitinin ilk günü başa çatdı. Mətbuat konfransında çıxış edən Aİ Şurasının Sədri Donald Tusk sammitin işinə Türkiyə ilə olan həmrəyliklərini ifadə edərək və Ankaradakı terror hücumunu pisləyərək başladıqlarını bildirdi. Həmçinin Avropanı qaçqınlar mövzusu ilə əlaqədar birgə qərarlara əməl etməyə çağıran Tusk prioritetlərinin Türkiyə ilə razılaşdırılan "Birgə Fəaliyyət Planı" olduğunu qeyd edərək: "Əhatəli bir Avropa planının bundan yaxşı alternativi yoxdur" dedi.

Almaniya, Telepolis Qəzeti: Türkiyənin paytaxtında hərbi personal daşıyan nəqliyyat vasitələrinə qarşı təşkil olunan hücum 27 əsgər və bir mülki vətəndaş olmaqla 28 adamın həyatına bais oldu. Türkiyənin Baş naziri Əhməd Davudoğlu təcavüzə görə yalnız YPG və PKK -nı deyil, eyni zamanda, "bilavasitə" Suriya rejimini günahlandırdı. Türkiyə Baş naziri: "YPG bir piyadadır və təcavüzə görə bilavasitə Suriya rejimi cavabdehdir. Suriya rejiminə qarşı bütün tədbirləri almaq hüququmuzu saxlayırıq". dedi.

DW : "Soraya" Berlinaledə təqdim olundu

Məltəm Yılmazın "Soraya" romanı Berlin Film Festivalında təqdim olundu. Suriyalı gənc qaçqın qadının Türkiyədəki dramının eşq hekayəsi fonunda təsvir edildiyi roman beynəlxalq kino prodüserlərinə təqdim olundu. Berlinalenin Frankfurt Kitab Sərgisi ilə birgə keçirdiyi bu tədbir prodüserlərlə ədəbi əsərlərin adaptasiya hüququna malik insanları görüşdürürərək bu əsərləri kinoya uyğunlaşdırmaq üçün imkan yaradır. Bu il 25-dən çox ölkədən 130 əsərin müraciət etdiyi seçkidə son 11-ə qalan kitablardan biri də Məltəm Yılmazın romanı oldu. Kitabın hüquqlarına malik olan "Qələm Agentliyi"ni təmsil edən Nazlı Gürkaş Berlində idi. Gürkaş: "Soraya" bir suriyalı qadının hekayəsidir, milyonlarla hekayədən yalnız biridir. Əslində kitab oxucularına bu sualla müraciət edir: "Əgər bu, siz olsaydınız?" Çox etibarlı ölkələrdə yaşadığımızı zənn edirik, xüsusilə Şimali Avropa . Amma bir gün heç gözləmədiyiniz bir müharibə çıxsa və ailənizlə əlaqəniz qopsa, pulsuz, evsiz küçədə tək başınıza qalsanız və getdiyiniz ölkədə ixtisasınızın heç bir ekvivalentliyi olmasa.... Bu şərtləri düşünəndə nələr gəlir ağlınıza? " dedi. Gürkaş "Books at Berlinale" tədbirində görüşdükləri film prodüserləri ilə birgə qarşıdakı aylarda romanın ekranlara köçürülməsi məsələsində irəliləyiş təmin edəcəklərinə ümidli olduqlarını deyir.



Әlaqәli Xәbәrlәr